Ən böyük maraq “ASAN xidmət“ə olub
Tarix: 18.07.2014 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqədə ən böyük maraq "ASAN xidmət"ə olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, Komissiya 13 iyun 2014-cü il tarixdə 3 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 12 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrindən 10-u mərkəzi icra hakimiyyəti orqanının yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarının aparatındadır. Qeyd olunan müsabiqə üzrə qeydiyyat 14 iyul tarixdə başa çatıb.
Müsabiqədə iştirak etmək üçün Komissiyada qeydə alınmış 824 nəfərin 78,88%-ni gənclər təşkil edib. Ən çox namizədin (754 nəfər) qeydə alındığı dövlət orqanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) olub.
Müsabiqənin test imtahanı mərhələsi 2014-cü il 21 iyul tarixdən etibarən başlayacaq.
Test imtahanı qrafiki Komissiyanın internet saytında yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər.
Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Test imtahanı" sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında ətraflı tanış ola bilərlər.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaqdır:
1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında yerləşdirilib.
Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda, nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.
Komissiya tərəfindən 1, 23, 30 aprel və 20 may tarixlərdə elan olunmuş müsabiqələrin isə hazırda müsahibə mərhələsi davam edir. Müsahibələrdə iştirak etmək üçün indiyə kimi Komissiyada qeydə alınmış 391 namizəddən 148-i bu mərhələdən də uğurla keçərək vakant dövlət qulluğu vəzifələrinə uyğun biliniblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info