Gənclər arasında vətənpərvərlik ideyaları təbliği olunur
Tarix: 18.07.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə reallaşdırdığı “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində Ağstafa rayonunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əziz Məsmalıyev rayon gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşıdırılması istiqamətində görülən işlərdən danışıb. Natiq qeyd edib ki, Ağstafa rayon İcra Hakimiyyəti vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir. “Yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyyə olunması fəaliyyətimizin əsas hissəsini təşkil edir”, - deyə Ə.Məsmalıyev bildirib.
Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev Azərbaycan xalqının tarixi uğurlarından danışıb. Şöbə müdiri deyib ki, Azərbaycan tarixini dərindən öyrənən hər bir gənc öz soy-kökü ilə fəxr edə bilər: “Azərbaycan təkcə təbii sərvətləri ilə deyil, həm də insan potensialı ilə zəngin bir ölkədir. Azərbaycanda doğulduğumuz, Heydər Əliyev ideyalarından bəhrələndiyimiz üçün özümüzü xoşbəxt saya bilərik. Heydər Əliyev ideologiyasını mənimsəyən gənc heç vaxt yad elementlərin təsiri altına düşməz. Ulu öndər Heydər Əliyevin ideyalarını təbliğ etmək üçün bu cür layihələrin reallaşmasına çox böyük ehtiyac var”.
Layihənin eksperti, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin İdarə Heyətinin üzvü Seymur Verdizadə TUMİB-in gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərdən danışıb. S.Verdizadə bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasına ötən ildən başlanılıb. “Layihənin aktuallığını nəzərə alıb, cari ildə də onun icrasını davam etdirməyə qərar verdik. Dünən Qazax rayon Gənclər Mərkəzində böyük bir tədbir keçirdik. Yaxın bir ayda Masallı, Lənkəran, Şəki və Quba şəhərlərində də gənclərin iştirakı ilə tədbirlər keçirəcəyik. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı, rəsm və yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulub”.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan xalqının keçdiyi yola nəzər salıb. Tarixçi-alim deyib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyəti gəlişi ilə Azərbaycan xalqının həyatında yeni mərhələ başlayıb: “Heydər Əliyev ideyalarını təbliğ etmək üçün bu cür layihələrin reallaşdırılmasına böyük ehtiyac var. Yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənsələr, azərbaycanlı olduqları ilə həqiqətən də fəxr edəcəklər”. S.Talıblı radikal dini təriqətlərin gənclər arasında fəallaşmasından narahatlığını dilə gətirib. Qeyd edib ki, Azərbaycan gənclərinin Suriyada və qarışıqlığın hökm sürdüyü digər ölkələrdə vuruşması üçün heç bir predmet yoxdur: “Gənclərimizi yad ünsürlərin təsirindən qorumağı özümüzün əsas vəzifəsi hesab edirik”.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları verilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info