İsrailin Qəzzaya hücumu nəticəsində 260 fələstinli ölüb, 1980 nəfər yaralanıb
Tarix: 18.07.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


İyulun 7-dən bəri İsrailin Qəzza zolağına hücumu nəticəsində 260 fələstinli ölüb, 1980 nəfər yaralanıb.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, bunu Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra deyib.
Ə. Kudra bildirib ki, təcili yardım dəstələri İsrailin ötən gecə bombaladığı Rəfah və Han Yunus şəhərlərində dağıntılar altından 10 cəsəd çıxarıblar.
İsrail ordusunun qərargahından mətbuata verilən açıqlamada isə 143 hədəfin vurulduğu qeyd olunur. İsrail ordusunun rəsmiləri bildiriblər ki, Qəzza sərhədində baş verən qarşıdurmada 14 nəfər Fələstin əsgəri öldürülüb.
Öz növbəsində HAMAS təşkilatı bəyan edib ki, ötən gün İsrailin 4 şəhərinə 98 M-75 raketi atılıb, snayperlər tərəfindən bir İsrail hərbçisi öldürülüb.
“Anadolu” agentliyinin İsrail mətbuatına istinadən yaydığı digər məlumatda bildirilir ki, Qəzza zolağına üç fərqli istiqamətdən girməyə çalışan İsrail xüsusi təyinatlıları fələstinlilərlə qarşıdurmadan sonra geri çəkiliblər. Nəticədə bir İsrail əsgəri öldürülüb, iki nəfər yaralanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info