UEFA Rusiya və Ukrayna komandalarının qarşılaşmasına qadağa qoydu
Tarix: 19.07.2014 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Rusiya və Ukrayna arasında münasibətlər futbola da təsir edib. UEFA iki ölkə komandalarının milli və klub səviyyəsində bir-biri ilə qarşılaşmasına əngəl olmağa qərar verib.
Belə ki, bundan sonra qurumun bayrağı altında keçiriləcək yarışların püşkü zamanı iki ölkə təmsilçilərinin görüşlərinə imkan verilməyəcək. Belə qərar UEFA-nın son illərdə atdığı 3-cü belə addımdır. 2009-cu ildə Rusiya və Gürcüstan, 2010-cu ildə isə Azərbaycan və Ermənistan komandalarının qarşılaşmalarına qadağa qoyulmuşdu. Qeyd edək ki, UEFA-nın fövqəladə vəziyyətlər üzrə işçi qrupu İsraildəki vəziyyəti də müzakirə edib. Bölgədə silahlı toqquşmaların davam etməsini nəzərə alan təşkilat İsraildə UEFA bayrağı altında matç keçirilməsini qadağan edib. Qadağa xüsusi göstəriş verilənə qədər qüvvədə olacaq. Bununla bağlı, İsrail klublarına UEFA turnirlərinin ev oyunlarını keçirmək üçün alternativ variantlar axtarmaq məsləhət görülüb. Hələlik İsrail klublarının ev oyunlarını hansı ölkənin ərazisində keçirəcəkləri bəlli deyil.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
18 yaşlı azərbaycanlı futbolçu Çexiya klubuna transfer oldu
16.07.2019
Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar
16.07.2019
Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
16.07.2019
“Qəbələ”nin daha bir yetirməsi Çexiya klubunda
15.07.2019
Yaponiya millisinin üzvü rəsmən “Barselona“da

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info