Böyükağa Hacıyev: “Neftçi”dən gedəcəyəm”
Tarix: 19.07.2014 | Saat: 01:50:00 | E-mail | Çapa göndər


“Buraxdığımız qol rəqibə təmiz “hədiyyə” idi. Biz bunu nə müdafiəçilərdən, nə də qapıçıdan gözləmirdik”.
Bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avroliqanın II təsnifat mərhələsi çərçivəsində “Koper”in 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra mətbuat konfransı zamanı deyib. Hacıyev qarşılaşma haqqında bunları söyləyib: “Alınmadı. Rəqib həddindən artıq müdafiəyə qapıldı. Onlar müdafiədən yaxşı oynamağı bacarır. Cavab matçında fərqli nəsə düşünməyə çalışacağam. Gizlətmirəm, cavab oyununda mərhələ adlaya bilməsək, mən istefa verib gedəcəyəm. Uşaqları qınamıram. Səhvlərdən buraxdığımız qollarla uduzduq. Mənim çantam həmişə qapının ağzındadır. İstefa verməyə həmişə hazıram. Vurduğumuz qolda, məncə, “ofsayd” yox idi”. Təcrübəli çalışdırıcı bütün hallarda istefa verəcəyini bildirib. Ancaq Gündüz Abbaszadə bildirib ki, stadiondakı “istefa” şüarları vitse-prezident Tahir Süleymanova aid edilib. Hacıyev istefa ilə bağlı belə danışıb: “Yəqin bizim azarkeşlər əcnəbi məşqçinin gəlməsini istəyirlər. Biz mərhələ adlasaq belə, mən “Neftçi”dən gedəcəyəm. Hər ailədə söz-söhbət ola bilər. Çox təəssüf ki, 3 ildə qazanılan nəticələr artıq azarkeşləri qane etmir. Mən yəqin ki, “Neftçi”dən ayrılandan sonra işsiz qalmayacağam. Mənim hələ şedevr əsərim qalır. Onu yazmamış futboldan getməyəcəyəm. Hücum futbolunu oynatmışam, yenə də oynadacağam”. Hacıyev jurnalistlərin “Mahir Şükürovun asmalarının yeri görünürdü” sualına isə belə cavab verib: “Kaue səviyyəli futbolçudur. Ola bilər ki, adaptasiyanı tam keçə bilməyib. Heç kim ana bətnində futbolçu olmayıb. Məqsəd İsayevin cinahından rəqibin cərimə meydançamıza keçdiyini gördünüz? O, Mahir Şükürovu müdafiədə artıqlaması ilə unutdurdu”. Sonda Hacıyev “mərhələ keçməməklə sizinlə Nazim Süleymanov arasında nə fərqi oldu” sualına acıqlı şəkildə belə cavab verib: “O Nazim Süleymanov deyildimi ki, “Xəzər-Lənkəran”ın ən varlı vaxtlarında komandaya gətirildi? Mən əlimin içi kimi təmizəm. Onu ikinci dəfə məşqçi kimi gətirdilər, yenə xeyri olmadı. Mən isə APOEL-i keçmiş məşqçiyəm. Məni onunla müqayisə etməyin!” . Qeyd edək ki, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov komandanın oyunu ilə bağlı sərt açıqlama verib. Vitse-prezident Avropa Liqasının II təsnifat mərhələsinin “Koper”ə qarşı cavab görüşündə Sloveniyaya getməyəcəyini bildirib və istefa qərarını açıqlayıb .Tahir Süleymanov isə “Neftçi”nin növbəti mərhələyə keçə bilmədiyi təqdirdə komandada heç kimin qalmamalı olduğunu bəyan edib. O, artıq "Neftçi"dən ayrıldığını və istefaya getdiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info