Qadın güləşçimiz Dünya Çempionatında gümüş medal qazanıb
Tarix: 19.07.2014 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya Çempionatı davam edir. Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, yığma komandamız 3 çəkidə təmsil olunub.
Güləşçilərimiz yarışın üçüncü gününü 1 gümüş medalla başa vurub. Çempionatda 43 kq çəkidə mübarizə aparan Ülkər Babayeva ilk görüşdə Qazaxıstan güləşçisini üstələsə də, yarımfinalda Yaponiya təmsilçinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Rusiya idmançısına məğlub olub və çempionatı 5-ci sırada tamamlayıb. Birincilikdə 49 kq çəki dərəcəsində güləşən Leyla Qurbanova Monqolustan, Polşa və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə gərgin keçən görüşü uduzub və gümüş medalla kifayətlənib. Leyla Qurbanova Nanjinqdə keçiriləcək yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info