“İran və Rusiya arasında qaz əməkdaşlığı genişlənir”
Tarix: 19.07.2014 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


Dünyanın ən böyük qaz ehtiyatlarına malik olan İran və Rusiya bu sahədə ikitərəfli əməkdaşlığın inkişafına şəraitin yaradılması üçün birgə işçi qrupunun yaradılmasına başlayıblar.
IRNA xəbər agentliyinin məlumatına görə, İranın Milli Qaz Şirkətinin (NIGC) icraçı direktoru bildirib ki, Rusiyanın "Qazprom" şirkəti ilə birgə işçi qrupunun yaradılması ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı məqsədlərinə tam cavab verir. Sözlərinə davam edən Hamid Reza Arago əlavə edib ki, İranın NIGC şirkəti ilə "Qazprom" arasındakı yeni əməkdaşlığa bir-birilərini avadanlıq və texnologiya təchizatı ilə təmin etməklə yanaşı, xarici investisiya ilə neft və qaz layihələrinin birgə həyata keçirilməsi, eləcə də sektorda xarici investisiyalar üçün lazımlı şərtlərin hazırlanması daxildir. “İran və Rusiya - ən böyük qaz ehtiyatlarına malik ölkə olmaqdan əlavə, onların maraqları da ümumidir. Qaz sənayesinin inkişafı üçün hər iki ölkənin mövcud proqramları, beynəlxalq bazarlarda nüfuz ortaqlığı bir-birini tamamlayır. Məhz bunları nəzərə alaraq hər iki dövlət bu nəticəyə gəlib”. Bunları da iranlı icraçı direktor bildirib.
Bir müddət əvvəl, “British Petroleum” (BP) şirkəti son statistik məlumatında bəyan etmişdi ki, İranda qaz ehtiyatlarının artımı 200 milyard kubmetrdir. Bu da deməyə əsas verir ki, İran "mavi yanacaq» ehtiyatlarına görə dünyada birinci yerdədir. Bunda əlavə, İrana həsr olunmuş xüsusi hesabatda qeyd edilir ki, bu ölkə 33,8 trilyon kubmetr qaz ehtiyatlarına malikdir.
BP-nin illik statistikasına əsasən, 2013-ci ilin sonunda dünyanın qaz ehtiyatları 185,7 trilyon kubmetr göstərilib. Bu da dünyada qaz istehsalına 55 il üçün kifayət edəcək.
Qeyd edək ki, enerji sektoru üzrə ilk statistikanı BP əməkdaşları 1951-ci ildə dərc ediblər. BP şirkətinin məlumatına görə, Rusiya qaz bazarında əsas oyunçu statusunu bu gün də saxlayaraq bu il 31,3 trilyon qaz emal edib. Şirkət, Türkmənistanın qaz ehtiyatları ilə bağlı əvvəlki təxminləri (17.5 trilyon kubmetr) bu gün də qüvvədə saxlayıb. Bununla belə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın qaz ehtiyatlarının qiymətləndirilməsi də dəyişilməz olaraq qalıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info