Binəqədidə Aureliya Qriqoriu ilə görüş keçirilib
Tarix: 19.07.2014 | Saat: 02:14:00 | E-mail | Çapa göndər


Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu ilə Binəqədi rayonunda görüş keçirilib.Əvvəlcə moldovalı ombudsman Binəqədi Rayon İcra Hakimiyyətində olub, Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşüb. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov A.Qriqoriunun simasında cəsarətli, əzmkar, ədalətli bir şəxsi görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Moldovalı ombudsman Rayon İcra Hakimiyyətinin inzibati binasında işçilər üçün yaradılmış şəraitlə tanış olub. Qonaqla Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında görüş keçirilib.
YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Moldovalı ombudsman Aureliya Qriqoriu haqqında məlumat verərək, onun Azərbaycan xalqının yaxın dostu olduğunu qeyd edib. R.Göyüşov bildirib ki, Aureliya Qriqoriu Azərbaycan reallıqlarının dünya miqyasında yayılması, Ermənistanın Azərbaycana təcüvüzü Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsi və Xocalı genosidi haqqında Ermənistanda “Dondurulmuş münaqişələr zonasında insan hüquqlarının qorunması” mövzusunda keçirilmiş konfransda beynəlxalq ictimaiyyətə geniş məlumat verib, ölkəmizin haqq səsini beynəlxalq birliyə çatdırıb. Bundan sonra o Ermənistan dövləti və erməni diasporunun çoxsaylı hücumlarına, hədələrinə məruz qalıb. Aureliya Qriqoriu Binəqədi rayonunda olmaqdan və Binəqədi gəncləri ilə görüşməkdən məmnunluq duyğunu qeyd edib. O Azərbaycanı çox sevdiyini və burada ona göstərilən münasibəti yüksək qiymətləndirdiyini bildirib. Aureliya Qriqoriu Ermənistanda keçirilən konfransdakı çıxışından sonra ermənilərin ona çoxsaylı mənəvi təzyiqlər göstərdiyini, onu hədələdiyini bildirib. O işğal, qaçqınların mövcudluğu, münaqişə zamanı insan hüquq və azadlıqların pozulması, genosid kimi faktların beynəlxalq birliyin diqqətinə çatdırılmasının vacibliyindən danışıb. Moldovalı ombudsman Dağlıq Qarabağı işğal edən Ermənistanın və işğal altında olan ərazilərdə vəhşiliklər törədən şəxslərin adalarının məlum olduğunu və onların Beynəlxalq Məhkəmə tərəfindən məhkum olunmasının vacibliyini bildirib.
Tədbirdə çıxış edən Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov moldovalı ombudsmana Azərbaycan üçün göstərdiyi fədakarlığa görə təşəkkür edib. Sonra tədbir gənclərin moldovalı ombudsman Aureliya Qriqoriuya müxtəlif mövzularda onları maraqlandıran suallar verməsi və qarşılıqlı müzakirə şəklində davam edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info