Bu il 4500 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
Tarix: 19.07.2014 | Saat: 02:23:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “Əgər Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları o iki vətənpərvər azərbaycanlıya işgəncələr versələr və belə bir fakt aşkara çıxarılsa...”
Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Ağdam rayonu ərazisində 632 evdən ibarət yeni qəsəbədə tikinti işləri başa çatıb.
Tikintisi üçün 70 hektar ərazi ayrılan qəsəbədə 50 birotaqlı, 296 ikiotaqlı, 242 üçotaqlı, 44 dördotaqlı ev, həmçinin 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, həkim məntəqəsi, poçt binası inşa edilib. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi yekunlaşıb.

Bütün infrastruktura malik qəsəbədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb. Yeni qəsəbədəki mənzillərə rayonun “Dörd yol” ərazisində və yol kənarlarında məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər. Dünən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə Ağdam rayonunda olub.
Qəsəbədə tikintinin gedişi ilə maraqlanan Ə. Həsənov əvvəlcə 440 şagird yerlik məktəb binasına gəlib. Məktəblə tanışlıq zamanı bildirilib ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.
Əli Həsənov məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış oldu. Burada şagirdlərdən təşkil edilmiş xor dərnəyinin üzvləri və yeni təhsil ocağının idman zalında məşq edən məktəbli idmançılar öz məharətlərini göstəriblər.
Baş nazirin müavini daha sonra yeni qəsəbədə inşa edilən uşaq bağçasında görülmüş işlərlə maraqlanıb. Bildirilib ki, bağçanın binası zəruri avadanlıqla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.
Əli Həsənov icraçılara yeni salınan qəsəbədə tikinti işlərinin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsabiqəsində bildirib ki, Prezidentin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Hazırda Dövlət Proqramına uyğun olaraq ölkənin müxtəlif regionlarında məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir. Bu il ərzində ölkə üzrə 4500 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək. Qeyd edək ki, Əli Həsənov jurnalistlərin Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı suallarını cavablandırıb. Əli Həsənov bildirib ki, azərbaycanlıların girov götürülməsi ilə bağlı Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatlar yayır. Onları diversant kimi təqdim edirlər. Guya onlar diversiya xarakterli işlər görmək istəyirdilər:
Bütün bunları cəfəngiyyat adlandıran Baş nazirin müavini deyib: “Bizdə olan məlumata görə, onlar bir neçə dəfə öz kəndlərinə, doğulduqları yerə gediblər. Onlar mülki vətəndaşlardır və öz doğma ocaqlarına, əzizlərinin məzarlarını ziyarət etmək üçün bu addımı atıblar. Ermənistan tərəfinin özünün də etiraf etdiyi kimi, əgər onlar bir neçə dəfə doğma Kəlbəcər rayonuna gediblərsə, həmin vaxtlarda zamanı hansı pis hərəkəti ediblər?! Hansı partlayışı törədiblər, kimə xəsarət yetiriblər?! Heç kimə. Onlar sadəcə olaraq, Vətənini sevən bir insanlar kimi doğulduqları yerləri ziyarət ediblər”.
Məsələnin Azərbaycan Prezidentinin nəzarəti altında olduğunu deyən Əli Həsənov bildirib ki, bu işlə gündəlik məşğul olunur: “Məlumat dəqiqləşdirildikdən dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə bildirildi ki, təcili olaraq İrəvanda, yaxud Xankəndidə olan ofisləri ilə əlaqəyə girsinlər. Həmin ofislər vasitəsilə girov götürülən insanlarla təcili görüş istəsinlər. Bu vaxta qədər əlaqəyə girə bilməyiblər. Bu, bir daha onu göstərir ki, Ermənistan tərəfi beynəlxalq konvensiyaların tələblərini pozur. Ermənistanın özünün də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə müqaviləsi var. Ermənistan həmin müqaviləni pozaraq, beynəlxalq hüququn tələblərinə əməl etmir. Həmişə olduğu kimi, dünyaya meydan oxuyur. Bu hadisədən bir həftədən çox keçib. Ancaq bu günədək Beynəlxalq Qızıl Xaç Komitəsinə girovlarla görüş verilməyib. Biz təxmini bilirik ki, onlar girov götürdükləri dinc azərbaycanlılara qarşı hansı vəhşilikləri tətbiq edirlər. Mən azərbaycanlı məcburi köçkünlər adından Ermənistan rəhbərliyinə müraciət edirəm. Əgər Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları o iki vətənpərvər azərbaycanlıya işgəncələr versələr və belə bir fakt aşkara çıxarılsa, Azərbaycan xalqında özlərinə qarşı yaratdıqları nifrəti 10 qat artıracaqlar. Azərbaycan xalqı, xüsusən məcburi köçkünlər o vətəndaşlarımızı qəhrəman hesab edirlər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info