Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis üzrə turnir keçirilib
Tarix: 21.07.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar ölkəmizdə müxtəlif tədbirlər təşkil olunur. Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının dəstəyi, Gənclər və İdman Nazirliyinin və “Sportsman” jurnalının təşkilatçılığı ilə “Royal” otelində KİV nümayəndələri arasında Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis üzrə turnir belə tədbirlərdəndir.
Əvvəlcə turnirin açılış mərasimi keçirilib. Açılışda çıxış edən Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, bütün bunların isə idmana olan marağın daha da artmasına səbəb olduğunu vurğulayıb. Turnirdə 30-dan çox mətbuat nümayəndəsi iştirak edib. Şəxsi xarakter daşıyan yarış Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına əsasən keçirilib.
Yüksək fəallıq və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə kişilər arasında “Ömür yolu” qəzetinin xüsusi müxbiri Bəhruz Səmədov 1-ci yerə layiq görülüb. “Sportsman” jurnalının baş redaktoru Rəşad Cavadov 2-ci yeri, “Sportnet.az” saytının redaktoru Ceyhun Əliyev isə 3-cü yeri tutublar. Qadınlar arasında keçirilmiş yarışda isə “Sehirli Dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova qalib olub. “Turan” Teletatrının aktrisası Almas Hüseynova 2-ci, Türkiyə Kadıköy Sənətçilər Koordinatoru, şairə Aidə Zeynalova 3-cü yerə layiq görülüblər.
Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının və “Sportsman” jurnalının diplom və mükafatları ilə təltif olunublar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info