Ukrayna müdafiə naziri: “Onların böyük hissəsi “kadırovçu”lardır”
Tarix: 21.07.2014 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Ukrayna Silahlı Qüvvələri son bir sutka ərzində Luqansk vilayəti ərazisindəki döyüşlərdə 35 silahlını əsir götürüb.
Bunu özünün “Facebook” səhifəsində Ukraynanın müdafiə naziri Valeri Qeletey yazıb. O, iyulun 20-də axşam Luqansk vilayətinin Lisiçansk, Rubejnoye, Severodonetsk və Luqansk şəhərləri ətrafında toqquşmaların davam etdiyini deyib:
“Terrorçular panika halında hərbi texnika ilə birlikdə mühasirədəki Lisiçansk şəhərindən çıxmağa cəhd göstəriblər, lakin Ukrayna Silahlı Qüvvələrinin atəşi altında qalıblar. Nəticədə onlara məxsus 3 hərbi texnika vurularaq yandırılıb. Muzdlular döyüş yerindən mühasirədəki şəhərə qaçmağa məcbur olublar. Son sutka ərzində Ukrayna hərbçiləri 35 rusiyalı muzdlunu əsir götürüb, onların böyük hissəsi “kadırovçu”lardır. Biz irəliləməyə davam edirik”.
Qeyd edək ki, “kadırovçu”lar adı altında Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun Ukraynaya separatçılara dəstək məqsədilə göndərdiyi muzdlu çeçenlər nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info