Paylaşdırıcı şəbəkələrdə enerji itkisini 2,5 dəfə azaltmaq planlaşdırılır
Tarix: 21.07.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


2020-ci ilədək Azərbaycanın elektrik paylaşdırıcı şəbəkələrində texniki itkilərin səviyyəsinin 16,5 faizdən 6,5 faizədək azaldılması planlaşdırılır. Bu barədə jurnalistlərə Azərbaycan Energetika Nazirliyinin Elektrik Enerjisi Departamentinin rəhbəri Asəf Rzayev bildirib.
Onun sözlərinə görə, 2020-ci ilədək enerji paylaşdırıcı xətlərdə itkilərin səviyyəsini 4,3 faizdən 2,8 faizədək azaltmaq nəzərdə tutulub: "Paylaşdırıcı şəbəkələrdə itkilərin səviyyəsinin yüksək olması məsafənin böyük olması və infrastrukturun bərpası və yenilənməsi işlərinin həyata keçirilməsi üçün əhəmiyyətli həcmdə vəsaitin lazım gəlməsi ilə izah edilir".
A.Rzayev deyib ki, ölkənin elektrik enerjisi şəbəkələrində itkilərin səviyyəsinin ciddi həcmdə azaldılması üçün 4 milyard dollar həcmdə investisiya tələb olunur.
Ölkənin regionlarındakı elektrik şəbəkələrində enerji itkisinin səviyyəsi 18 faiz, Bakıda isə 9 faizdir.
10 il ərzində ölkədə enerji sisteminin gücü 40 faiz artaraq 7,1 min meqavata çatıb. Hazırda Azərbaycanda elektrik enerjisinin əsasını 14 istilik və 10 su elektrik stansiyası təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info