Ukraynadakı Azərbaycan və Türkiyə iş adamları bir araya gəliblər
Tarix: 21.07.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Ukraynadakı Azərbaycan və Türkiyə mənşəli türk iş adamları paytaxt Kiyevdə "Bakı Axşamları" restoranında reallaşan iftarda bir araya gəlib. İftara Türkiyənin Ukraynadakı səfirinin məsləhətçisi Kainat Müderrisoğlu, iki ölkənin diplomatları, Ukrayna Azərbaycan Sənayeçi və İş adamları dərnəyi (ATI) başçısı Əli Əliyev, TUİD üzvləri, türk, azərbaycanlı və ukraynalı iş adamları, jurnalistlər və alimlər qatılıblar.
Mərasimin açılışənı edən K.Müderrisoğlu bu kimi milli, mənəvi günlərdə türklərin bir araya gəlməsinin, birlik və birlik içərisində olmasının əhəmiyyətinə diqqət çəkib. Müderrisoğlu, Ukraynanın çətin günlər yaşadığını, ancaq bu günlərin gəlib keçici olduğunu ifadə edərkən, ölkədəki türk sərmayəsinə güvən və inanclarını dilə gətirib.
ATI idarə heyəti başçısı Əli Əliyev isə, təşkilatın tək Azərbaycan deyil, Türkiyə mənşəli türk iş adamlarına da xitab edən bir dərnək olduğunu ifadə edərkən, türk iş dünyasının həmrəyliyinin bu çətin günlərdə daha da bir məna qazandığını söyləyib. Tədbirdə son olaraq söz alan Türk Ukrayna İş adamları Dərnəyi idarə heyəti sədrinin vəkili Burak Pəhləvan isə, türk cəmiyyətində milli, mənəvi günlərin böyük əhəmiyyət ifadə etdiyini deyib. O, xaricdə yaşayan türklər üçün bu əhəmiyyətin daha da artdığını xatırladıb. Qeyd edib ki, TUİD rəhbərliyində birlikdə çalışdığı, idarə heyəti üzvü Ə.Əliyevin başçılığını etdiyi ATI qısa zaman içərisində əhəmiyyətli bir funksiya boynuna götürüb və bir-birinin ardına səs gətirən tədbirlər edib: "Biz ATI-nı və buradakı Azərbaycan mənşəli qardaşlarımızı özümüzdən görürük, Heydər Əliyevin ifadə etdiyi kimi Azərbaycan və Türkiyə iki dövlət ancaq bir millətdir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info