Azərbaycan müdafiə xərclərini təxminən 25 faiz artırıb
Tarix: 21.07.2014 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin müdafiə xərcləri 154,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricindən 24,5 faiz çoxdur. Bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumata görə, 2014-cü ilin birinci yarısında dövlət büdcəsinin mədaxili 9338,8 mln. manat (101,6 faiz), məxaric hissəsi 8723, 8 mln. manat (94,7 faiz) icra olunub. 2014-cü ilin birinci yarısında dövlət büdcəsinin profisiti 615 mln. manat təşkil edib.
Strukturda daxilolmaların 38,3 faizi (3578,6 mln. manat) Vergilər Nazirliyi tərəfindən təmin olunub. Göstərilən dövrdə gömrük rüsumları və vergilərindən daxilolmalar 732,8 mln. manat (7,8 faiz xüsusi çəki ilə) olub. Ötən ilin analoji dövrü ilə müqayisədə vergi yığımları 7,9 faiz, gömrük ayırmaları 14,5 faiz artıb. Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfert qismində 4883,8 mln. manat (gəlirlərin 52,3 faizi) daxil olub.
Məlumata görə, 30,3 faiz, yaxud 2644,9 mln. manat sosial yünümlü xərclərin payına düşüb ki, bu da 2013-cü ilin birinci yarısında olduğundan 14,5 faiz çoxdur. Xərclərin 23,1 faizi (28,7 mln. manat) mənzil-kommunal xərclərin, 7,6 faizi (44,5 mln. manat) təhsil, 7,6 faizi (19,6 mln. manat) səhiyyə xərclərinin payına düşüb.
Cari ilin birinci yarısında icmal büdcənin mədaxili 11537,4 mln. manat olub ki, bu da ötən ilin eyni dövründəkindən 2,5 faiz çoxdur, xərcləri 1 faiz artımla 9913,1 mln. manat təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info