ADA Universitetinin təşkil etdiyi 8-ci Bakı Yay Enerji Məktəbi başa çatıb
Tarix: 21.07.2014 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə 8-ci Bakı Yay Enerji Məktəbini uğurla başa çatdırıb.
ADA Universiteti Kommunikasiya Departamentindən verilən xəbərə görə, 8-12 iyul tarixlərində baş tutan Yay Enerji Məktəbində bu il ABŞ, Almaniya, Rumıniya, Oman, Yunanıstan, Bolqarıstan, Küveyt, Meksika, Macarıstan, Belçika, Özbəkistan, İtaliya, İran, Venesuela, İspaniya, Türkiyə, Xorvatiya, Norveç, Qazaxıstan və Azərbaycandan 39 iştirakçı iştirak edib.
İki həftəlik sertifikat proqramı qlobal və Xəzər enerji, ətraf mühit məsələlərini təhlil etmək və bu sahələr üzrə daha yaxşı anlayış əldə etmək üçün dünyanın tanınmış alim, akademik və siyasətçilərini bir araya gətirib.
Regional boru xətti və enerji təhlükəsizliyinin inkişafı ilə yanaşı, iştirakçılar enerjinin əsasları, enerji hüququ və iqtisadiyyatı, ətraf mühitə təsiri, neft və qaz sənayesində idarəçilik və ARDNŞ-in strateji perspektivləri kimi məsələlərlə daha geniş tanış olmaq imkanı əldə ediblər.
Bakı Yay Enerji Məktəbi dünyanın hər bir yerindən olan dövlət və özəl sektor rəhbərləri ilə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır.
İştirakçılar Azərbaycanın Xarici İşlər, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirləriylə yanaşı "TAP", "BP", "ExxonMobil", "Total", "Statoil", "LUKOIL" neft şirkətləri rəhbərlərinin əsas natiq olduğu yay məktəbində problemli məsələləri müzakirə ediblər. Müəllimlərin siyahısı Oxford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya elminin görkəmli mütəxəssisləri ilə tamamlanıb.
Ən nəhayət, bu proqram Bakı-Tibilisi-Ceyhan boru xətti, Səngəçal neft terminalı, Palçıq vulkanları, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyev və dünya şöhrətli Nobel qardaşları muzeyləri kimi Azərbaycanın müasir və keçmiş neft sənayesiylə bağlı olan bənzərsiz yerləri gəzmək üçün inanılmaz imkan yaradıb.
Proqram tamamlandıqdan sonra iştirakçılar ADA Universitetinin sertifikatları ilə mükafatlandırılıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info