“Der Spiegel”: “Almaniya prezidenti demokratiyaya görə məsuliyyət daşımağa çağırıb”
Tarix: 21.07.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


1944-cü ilin 20 iyulunda milli-nasionalist diktator Hitlerə qarşı sui-qəsdə həsr olunmuş xatirə tədbirində Almaniyanın prezidenti Yoaxim Hauk azadlıq və demokratiyaya görə məsuliyyət daşımağa çağırıb. Almaniyanın "Der Spiegel" media qurumu bu barədə yazır. O, sözügedən sui-qəsdçiləri insan ləyaqəti uğrunda mübarizənin nümunəsi adlandırıb. “Generalların sui-qəsdi”nə həsr olnumuş təntənəli tədbirdə Almaniya federal prezidenti Hauk bildirib ki, alman xalqı öz üzərinə böyük məsuliyyət götürüb: “20 iyul onu xatırladır ki, biz nəyi bilmək istəyirik, nəyi arzu edərdik, nəyi yaşayardıq. Mən öz dəyərlərimizin, alman xalqının dəyərlərinin qorxmazca müdafiəsindən danışıram. Buna, başqaları qanunsuzluğa qərar verərkən, bizim özümüzü günahsız saymağımız da aiddir”.
Hauk öz nitqində alman Müqavimətini insan ləyaqəti, azadlıq və demokratiya naminə mübarizə nümunəsi adlandırıb: “Biz özümüzdə olan və qorumaq istədiyimiz azadlığa görə məsuliyyət daşıyırıq”.
Qeyd edilir ki, 1944-cü ildə vermaxtın polkovniki Klaus Şenk fon Ştauffenberq özünün bir qrup silahdaşı ilə birlikdə Hitleri öldürmək məqsədi ilə sui-qəsd təşkil edib. Uzunmüddətli sirli hazırlıqdan sonra Ştauffenberq Volfşans sərgisində Hitlerə qarşı sui-qəsd təşkil edir. Polkovniklər tərəfindən qoyulmuş bomba partlayır, amma Hitler yara almır. 21 iyul gecəsində başda Ştauffenberq olmaqla təxribatçı qrupu cəzalandırılır. Təxminən 200 təxribat iştirakçısı “nasist ədalət məhkəməsi”nin qurbanı olur.
Hauk xatırladıb ki, bizim tərəfində çıxış etdiyimiz, özümüzü qurban verməyə hazır olduğumuz demokratiyanın da öz dəyərləri var. O qeyd edib ki, bu ildönümünü qeyd etmək tarixdən yaxşı dərs almaq kimi qəbul edilməlidir: “Bizim qarşımızda seçim var – ya hərəkətə keçmək, ya da hərəkət etməmək. Ya danışmaq, ya susmaq”.
Federal prezident qeyd edib ki, Müqavimət üzvləri gələcəyə, ümumilikdə bütün dünyaya güclü təsir göstəriblər.
Digər alman Müqavimət cəhdləri kimi, sözügedən sui-qəsd də həm mənəvi, həm də siyasi xarakter daşıyıb. Bu baxımdan indiki Almaniya məhz bununla bağlı dəyərlərin mənəvi varisidir. Prezident qeyd edib: “Mən avtoritar dövlətə yox, ədalətsizliklə mübarizəyə istinad edən Bundesverlə fəxr edirəm”.
Qeyd edək ki, 1933-1945-ci illərdə həmin yerdə nasist məhkəməsi tərəfindən çıxarılmış ölüm hökmlərinə görə 3 minə yaxın insan edam olunub.
Almaniya müdafiə naziri Ursula fon der Layen tədbirdə Müqavimət hərəkatının üzvlərinin “qorxmazlığını” qeyd edib. O, öz mərasim nitqində Bundesverin 430 əsgərinə müraciətlə bildirib ki, polkovnik Ştauffenberq və onun həmkarları antibəşər diktaturanın qəddarlığına, tiranlığa qarşı çıxış ediblər, onlar haqq və azadlıq uğrunda mübarizə aparıblar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info