“Dünya damarlarda qanı donduran Xocalıdakı vəhşilikdən xəbərdar olmalıdır”
Tarix: 21.07.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Qubada “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda beynəlxalq gənclər forumu keçirilib. Forumun işində yerli gənclər təşkilatlarının nümayəndələri ilə bərabər, xarici ölkə gənclərinin 30-dan çox nümayəndəsi iştirak edib.
Layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı həyata keçirib. Gəncləri çoxmədəniyyətli icmaların sosial həyatında fəal iştirak etməyə çağıran bu forum “Bir cəmiyyət – müxtəlif mədəniyyətlər” devizi altında keçirilib. Forumun proqramına plenar hissə ilə bərabər, dörd panel müzakirəsi, mədəniyyətlərarası dialoq sahəsində gənclərin əməkdaşlıq şəbəkəsinin yaradılması, kitab nəşri və yayılması, geniş profilli PR-fəaliyyət məsələləri daxildir.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan forumun açılış mərasimində yerli gənclərlə bərabər, rayonun rəhbərləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri, beynəlxalq ekspertlər və KİV nümayəndələri iştirak ediblər.
Beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Qut “Regional münaqişələr və multikulturalizm” panelində Azərbaycanda yəhudi identikliyinə dair çıxışında Ermənistan-Azərbaycan münaqişəsi tarixi üzərində ətraflı dayanaraq deyib: “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilib, 20 mindən çox adam qətlə yetirilib, 50 mindən çox adam yaralanıb, yaxud şikəst edilib, habelə 900-dən çox yaşayış məntəqəsi qarət edilərək dağıdılıb”.
Sonra Arye Qut Azərbaycanın Xocalı şəhərində qanlı qırğına həsr olunmuş an ətraflı təqdimatla çıxış edərək bildirib ki, 22 il əvvəl qorxunc fevral gecəsi erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc sakinlərini amansız soyqırımına məruz qoyub. Misli görünməmiş vəhşiliklə törədilən bu kütləvi qırğın XX əsrin ən dəhşətli faciələrindən birinə çevrilib. Bu faciənin tükürpərdici ağır səhnələri Azərbaycanın qəlbində daim qanayan yara olacaq. Azərbaycanın Xocalı şəhəri bir gecədə yandırılaraq viran qoyulub. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrinin şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan xocalılıların heç birinə aman verməməsi artıq tarixi faktdır. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilib, əsir götürülən 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar dəhşətli əzablara, təhqirlərə və həqarətlərə mərz qalıblar. 150 adamın taleyi hələ də məlum deyil. Bu, əsl soyqırımı, xüsusi amansızlıqla törədilən kütləvi qırğın idi. Xocalıda qətlə yetirilən 603 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır”.
Arye Qut vurğulayıb ki, dünya damarlarda qanı donduran bu vəhşilikdən xəbərdar olmalıdır. O dedi: “Dünya bunu bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlib. Hazırda Ermənistanda yüksək vəzifələr tutan Seyran Oqanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.
Ekspert bildirib ki, Ermənistanla qanlı münaqişə vəziyyətində olmasına, ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq, Azərbaycan dünyanın ən tolerant ölkəsi, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsi olaraq qalmaqdadır. Arye Qut deyib: “İsrail dövlətinin vətəndaşı və İsraildə Azərbaycan diasporunun nümayəndəsi kimi mən fəxrlə qeyd etmək istəyirəm ki, müasir və dünyəvi Azərbaycanın rəhbərliyi yəhudi icmasına qayğı ilə yanaşır, ona mehriban və səmimi münasibət bəsləyir. Dünyada yəhudilərin sıx yaşadığı yeganə və nadir yer olan Qırmızı Qəsəbə Azərbaycanın həqiqi qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc yanaşı yaşayıb, özlərini doğma qardaş kimi hiss edirlər. Burada onları ümumi tale birləşdirir. Erməni daşnaklarının Azərbaycanın şəhərlərində qanlı qətliam və qırğın törətdikləri 1918-1919-cu illərin faciəli hadisələri zamanı burada azərbaycanlılarla bərabər, üç mindən çox yəhudi həlak olub”.
İsrailin 20 minlik yəhudi icmasına mehriban və səmimi münasibət bəslənilməsində Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini vurğulayan ekspert deyib: “Azərbaycanda heç vaxt antisemitizm olmayıb və biz, İsraildəki Azərbaycan diasporunun nümayəndələri, bu faktla qürur duyuruq. Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir. Mənə istər müsəlman, istərsə də xristian olsun - elə bir ölkə göstərin ki, orada Prezidentin və birinci xanımın hamiliyi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin. Zənnimcə, siz belə bir ölkəni sadəcə tapa bilməyəcəksiniz”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info