“Baku Cup-2014” beynəlxalq tennis turniri başladı
Tarix: 21.07.2014 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Bakıda qadınlar arasında WTA “Baku Cup-2014” beynəlxalq turniri başlayıb. Bakı Tennis Akademiyasının 4 kortunda keçirilən yarışda əsas setkada 32 yüksək reytinqli tennisçi mübarizə aparır. Ölkəmizi yarışda “Baku Cup-2013” turnirində olduğu kimi, gənc tennisçimiz Nəzrin Cəfərova və ilk dəfə turnirə qoşulan Züleyxa Səfərova təmsil edirlər. “Baku Cup 2014”ün ən gənc tennisçilərindən olan 14 yaşlı azərbaycanlı idmançı Züleyxa Səfərova mərkəzi kortda Belarus təmsilçisi Aliaksandra Şasnoviç ilə qarşılaşıb. Bu, Züleyxa Səfərovanın WTA seriyalı turnirlərdə ilk iştirakı idi.
O, turnirin təşkilatçıları tərəfindən xüsusi dəvət (wild card) sayəsində yarışlara qoşulub. Gənc tennisçi dünya reytinqində 136-cı pillədə olan 20 yaşlı rəqibinə məğlub olub. Setləri 2:6 və 1:6 hesabları ilə uduzan Z.Səfərova matçdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Çexiyalı Katerina Sinyakova ilə qarşılaşan fransalı Amandin Hesse əzmkar qələbə qazanıb. İlk setdə rəqibinə 3:6 uduzan A.Hesse sonradan oyunda dönüş yarada bilib. Sonrakı iki seti 6:4 və 6:1 hesabı ilə öndə bitirən A.Hesse matçdan 2:1 hesablı qalib ayrılıb və adını növbəti tura yazdırıb. Onun əsas mərhələyə çıxmaq uğrunda matçdakı rəqibi Nikola Meliçar (ABŞ) - Misa Equçi (Yaponiya) matçının qalibi olacaq. Özbəkistanlı Niqina Abduraimova da adını növbəti mərhələyə yazdıranlar sırasına qoşulub. Dünya reytinqində 193-cü olan 19 yaşlı özbək tennisçi reytinqdə 1265-ci olan 18 yaşlı gürcüstanlı rəqibi Tamari Çalaqanidzeni asanlıqla məğlub edib. Hər iki seti 6:2 hesabı ilə qalib bitirən Niqina Abduraimova matçda 2:0 qalib gəlib. Onun növbəti turdakı rəqibi belaruslu Aliaksandra Şaşnoviç olacaq. Bu oyunlarla paralel 1-ci kortda keçirilən matçda isə rusiyalı Alla Kudryavtseva ilə çexiyalı Tereza Martinkova qarşılaşıb. Gərgin mübarizə şəraitində 2 saatdan çox davam edən matçın qalibi 3 setdə müəyyənləşib. “Baku Cup 2013”də seçmə mərhələni 2 qələbə ilə başa vurduqdan sonra əsas mərhələnin ilk turunda çıxışını dayandıran T.Martinkova bu il isə ilk matçında məğlub olaraq çıxışını dayandırıb. İlk seti A.Kudryavtseva 6:3, ikinci seti isə T.Martinkova 4:6 öndə bitirərək hesabı 1:1 ediblər. Qalibin müəyyənləşdiyi son setdə A.Kudryavtseva üstünlüyü yenidən ələ alıb və 6:3 hesabı ilə qalib gələrək matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Mərkəzi kortda keçirilməsi planlaşdırılan matç isə baş tutmayıb. Gürcüstanlı Sofiya Şapatavanın turnirdən çəkilməsinə görə ukraynalı tennisçi Katerina Bondarenko texniki qələbə ilə növbəti mərhələyə yüksəlib. “WTA Tour”un rəhbərliyi ilə keçirilən “Baku Cup” turnirinin bu ilki mükafat fondu 250 min ABŞ dollarıdır. Xatırladaq ki, 2011-ci ildən başlayaraq hər il keçirilən “Baku Cup” beynəlxalq turnirləri müddətində Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravan Rezai, Boyana Yovanovski, Elina Svitolina kimi tennis ulduzları ölkəmizin qonağı olublar. Turnirə iyulun 27-də yekun vurulacaq. Final oyunu isə iyulun 27-də 3 min tamaşaçı tutumuna malik mərkəzi kortda keçiriləcək.







 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info