Mətbuat günü ilə bağlı Binəqədi icra hakimiyyətində tədbir keçirilib
Tarix: 21.07.2014 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində 22 iyul-Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mətbuatın cəmiyyətin həyatındakı rolundan danışıb.
Azərbaycan mətbuatının müstəqillik illərində şərəfli bir yol keçdiyini deyən icra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin mətbuata böyük diqqət və qayğı göstərdiyini də diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatını 3 mərhələyə bölüb. O, müstəqillik illərində mətbuatın durumundan, Heydər Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb. Daha sonra çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəfimzadə, “Binəqədi” qəzetinin baş redaktoru Rüfət Mərdanov da milli mətbuatın yaranma tarixi, keçdiyi şərəfli yol barədə danışıb. Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bir daha media işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Həmçinin tədbirdə bir sıra KİV rəhbərlərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib. Rəsmi hissədən sonra qələm əhli üçün çay süfrəsi təşkil edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info