Neft emalı zavodunda müasir idarəetmə sistemləri tətbiq edilir
Tarix: 22.07.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Heydər Əliyev adına Bakı neft emalı zavodunda 54 nömrəli qurğuda doymuş amin məhlulunun regenerasiya blokunun tikinti-quraşdırma işlərinə başlanılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, hazırda mexaniki, elektrik və nəzarət-ölçü cihazları sahələri üzrə quraşdırma-sazlama işləri davam etdirilir. Qurğuda texnoloji prosesin idarə edilməsi HS 900 tipli avtomatik idarəetmə sistemi ilə həyata keçiriləcək. Qurğuda yeni alınmış sərf, təzyiq, səviyyə və temperatur vericiləri, eləcə də tənzimləyici klapanlar quraşdırılacaq. Sahə cihazları ilə sistem arasında əlaqə xətləri yerləşdirmək üçün artıq mühafizə novları quraşdırılıb.
Operator zalında HS-900 tipli kotrollerin yerləşəcəyi otağın bərpasına, tənzimləyici klapanların və səviyyəölçən cihazların quraşdırılmasına başlanılıb. Qurğuda həyata keçirilən işlərin avqustun 20-dək başa çatdırılması nəzərdə tutulur. Zavodda 31 nömrəli katalitik riforminq qurğusunda da müasir tipli avtomatik idarəetmə sisteminin tətbiqi üzrə cihaz və avadanlıqların yeniləri ilə əvəz olunmasına başlanılıb. Bu istiqamətdə işlər uğurla davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info