721 məcburi köçkün ailəsi üçün yeni qəsəbə
Tarix: 22.07.2014 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Füzuli rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Yığıncaqda altı ayda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş bir sıra tədbirlərin icrasına başlanıldığı, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, hesabat dövründə Horadiz şəhərində Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, 31 Mart- soyqırımı qurbanlarının xatirəsinə abidə, Şəhidlərin Xatirə Kompleksi, tarix-diyarşünaslıq muzeyi, boulinq zalı, rayon icra hakimiyyəti üçün inzibati bina, 100 yerlik uşaq bağçası, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçası inşa edilib, “Hər adama bir qızılgül əkək” təşəbbüsünə əsasən 120 min ədəd qızılgül və 20 mindən artıq çinar ağacı əkilib.
Prezidentin sərəncamına uyğun olaraq rayonun 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Əhmədbəyli-Böyük Bəhmənli-Kərimbəyli-Arayatılı-Qazaxlar-Mirzənağılı avtomobil yolu, Horadiz şəhərində işğal dövrü yandırılmış 227, Alıxanlı kəndində 50 ev bərpa olunub. Hazırda Qazaxlar kəndində orta məktəb, Əhmədbəyli kəndində musiqi təmayüllü gimnaziya üçün binaların tikintisi davam etdirilir, Üçüncü Zobucuq qəsəbəsində sutkada 40 ton çörək-un məmulatları istehsal edən zavodun inşası başa çatmaq üzrədir.
Aqrar sahədə də əldə olunan uğurlardan danışılarkən bildirilib ki, hazırda rayonda 31 min 622 baş qaramal, 115 min 490 baş qoyun-keçi vardır. Haramı ərazisində 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksi və sutkada 10 ton süd qəbul edəcək zavodun tikintisi davam etdirilir. Cari ildə 35 min hektar taxıl sahədən 90 min tona yaxın məhsul əldə edilib. Rayonda 300 hektar sahədə məhsuldar toxumluq təsərrüfatı yaradılıb. Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, xidmət sahələrində görülmüş işlər təhlil olunub, uğurlarla yanaşı, mövcud problem və çatışmazlıqlar da göstərilib, qarşıda duran vəzifələr müəyyən edilib. Bildirilib ki, yaxın günlərdə Dövlət Proqramına uyğun olaraq rayonun içməli və suvarma suyuna ehtiyac olan yaşayış məntəqələrində 20 ədəd artezian quyusu qazılmasına, qəzalı vəziyyətdə olan ictimai binalarda, yol kənarlarında və digər ərazilərdə məskunlaşmış 721 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin tikintisinə başlanılacaq.
Günəş




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info