Neft Fondu 30 ton qızıl alıb
Tarix: 22.07.2014 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Fondu 2014-cü ilin ilk altı ayı ərzində gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Fondun məlumatına görə, 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 493,6 milyon manat, büdcə xərcləri isə 5 163,1 milyon manat təşkil edib.
2014-cü ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 374,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 355,4 milyon manat, tranzit gəlirləri 4,4 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat təşkil edib. 2014-cü ilin yanvar-iyun tarixləri ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 118,8 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 4 883,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 5,2 milyon manat vəsait yönəldilib. "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə Neft Fondundan 40,0 milyon manat vəsait ayrılıb. 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 26,2 milyon manat təşkil edib.
2014-cü ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar gəlirləri 6,5 milyon manat təşkil edib, o cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar gəlirləri 78,1 milyon manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar xərcləri 71,6 milyon manat təşkil edib. 2014-cü il iyulun 1-ə fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 4,86% artaraq 37 622,4 milyon ABŞ dollarına bərabər olub. 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 iyul 2014-cü il tarixinə fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info