“Olland Afrikada fransız qüvvələrinin yenidən təşkilinə başlayır”
Tarix: 22.07.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Fransa prezidenti Fransua Olland Afrikada səfərdə olub. Prezidentin Fil dişi Sahilindən başlanan səfəri Nigeriyada davam etdirilərək, bazar günü Çadın paytaxtı Ndjamenada başa çatıb. Burada avqustun 1-də başlayacağı gözlənilən “Barxan” əməliyyatının komanda mərkəzi yerləşir.
Dövlət başçısı əməliyyata hazırlığı şəxsən izləmək niyyətindədir. Səfər bəzi nüansları ortaya çıxarır. Məsələ burasındadr ki, fransız prezident insan hüquqlarına laqeyd münasibəti ilə tanınan Çad prezidenti İdris Debye ilə əməkdaşlıq etmək niyyətindədir. Fransua Ollandın sözlərinə görə, Çad ilə regional təhlükəsizlik üzrə danışıqlar, "ən kiçik güzəşt" anlamında "Fransanın geri çəkilməsi» kimi qəbul edilməməlidir. İki ölkə prezidentinin birgə keçirdiyi mətbuat konfransında Çad prezidentinə «insan hüquqları məsələsi barədə» ünvanlanmış suala İdris Debyenin çavabı çox sərt olub: «Çad demokratik və hüquqi dövlət olmaqla yanaşı, müstəqil və suveren bir ölkədir". Daha sonra xatırladıb ki, ona ünvanlanan bütün suallar bölgədə təhlükəsizlik problemləri ilə məhdudlaşdırılmalıdır. Bu barədə sonradan aparılan müzakirələr zamanı prezident Fransua Olland bəyan edib: “Mən prezident İdris Debyeyə məlumat verdim ki, Fransa "öz resurslarını yenidən təşkil etmək niyyətindədir”. Qeyd edildiyi kimi, “Barxan”ın əməliyyat mərkəzi Çadın mərkəz şəhərində yerləşəcək. Əməliyyat mərkəzinə vaxtilə Malidə həyata keçirilən “Serval” və Çadda keçirilən "Şahin" əməliyyatının iştirakçısı olmuş şəxslər cəlb ediləcək. Burada söhbət təxminən 3000 nəfərlik heyətdən gedir. Onlar regionda bir sıra əsaslarla paylanacaq. Belə ki, Nigeriyanın paytaxtında kəşfiyyat bazası olacaq, Uaqaduquaya (Burkina Faso) isə xüsusi qüvvələr göndəriləcək. Fransua Ollandın sözlərinə görə, «Barxan» sistemi regionda islamçı təhdidlərə qarşı «səmərəliliyi və sürətliliyi təmin" edəcək. Fransız hərbi qüvvələri qarşısında çıxış edən Fransa prezidenti Çadın coğrafi mövqeyini önə çəkərək, bu regionda böhranların kəskinləşməsində terrorçu qüvvələrin, Cənubi Liviyadakı narkotik ticarətin, Nigeriyadakı “Boko Haram”, Malidəki, Mərkəzi Afrika Respublikasındakı böhran barədə danışaraq əlavə edib: “Təhlükələr çoxdur. Bu gün biz bu terror mənbələrin mövcudluğu haqqında bəhs edirik”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Fransa, Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək
23.09.2019
İran saxlanılan “Stena Impero“ tankerini tezliklə sərbəst buraxacaq
22.09.2019
Ərdoğanı ABŞ-da izdiham qarşılayıb
22.09.2019
ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcək
22.09.2019
Şoyqu ABŞ bazalarının sayını açıqladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info