ARDNŞ üçün ixtisaslı kadrlar hazırlanacaq
Tarix: 22.07.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təlim-tədris və sertifikatlaşdırma idarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzində qəbul üçün müraciət etmiş abituriyentlərin test imtahanı keçirilib.
“Azərikimya” İstehsalat Birliyinin (İB) mətbuat xidmətindən bildiriblər ki, ölkənin neft-kimya sənayesi üçün ixtisaslı fəhlə kadrların hazırlanması məqsədilə ARDNŞ-in qəbul komissiyası tərəfindən İB-nin etilen-polietilen zavodunun ərazisində yerləşən təlim-tədris və sertifikatlaşdırma idarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə iyulun 3-dən elan edilmiş növbəti - 2014-2015-ci tədris ili üçün sənəd qəbulu iyulun 13-də başa çatıb.
İyulun 16-da isə müsabiqənin müsahibə mərhələsi keçirilib. Bu il təlim-tədris və sertifikatlaşdırma idarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə qəbul olunmaq üçün 456 nəfər müraciət edib. Bu da ötən iki illə müqayisədə xeyli artıqdır. Müsabiqənin birinci turunda namizədlərin elektron ərizə formasında qeyd etdikləri məlumatların müsabiqənin şərtlərinə uyğunluğu yoxlanılıb, şərtlərə uyğun gələn 349 nəfər namizədin müraciəti təsdiqlənib, 107 iddiaçı isə müsabiqədən kənarlaşdırılıb. Təlim, Tədris Mərkəzinə avtomatik idarəetmə sistemi üzrə operator ixtisasına 24 yer üçün müraciətləri təsdiq olunanların sayı 150-dən artıq olub. Bu isə bir yer üçün ən azı 6 nəfərin yarışması deməkdir. Elektrik montyoru, kompressor qurğularının maşinisti, təmirçi-çilingər, texnoloji qurğuların operatoru, qablaşdırma üzrə operator ixtisaslarında isə hər yerə 2-5 nəfər iddialıdır. 2012-ci ildən etibarən yaşı 29-dək olan oğlanlarla yanaşı, gənc qızlar da müraciət əsasında müsabiqədə iştirak edirlər. Müsbət haldır ki, 78 nəfər gənc qız builki müsabiqəyə qatılmaq üçün müraciət edib. Həmçinin ilk dəfə olaraq tam orta ixtisas təhsilli gənclərlə yanaşı, ali, orta-texniki və texniki-peşə təhsilli gənclərin də müsabiqədə iştirakına imkan yaradılıb. ARDNŞ-in xüsusi təyin olunmuş imtahan komissiyası tərəfindən 6 peşə üzrə 96 nəfərin seçiləcəyi test imtahanında şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirərək, riyaziyyat, kimya, fizika, tarix və ümumi dövlətçilik, həmçinin məntiqi təfəkkürün yoxlanılması fənləri üzrə 70 sualı cavablandırıblar. Yarana biləcək hər hansı bir anlaşılmazlığa aydınlıq gətirmək üçün qəbul və imtahan komissiyalarından əlavə apelyasiya komissiyası da yaradılıb. On aylıq təhsil müddətində şagirdlər aylıq təqaüd, xüsusi geyim və gündəlik naharla, təhsillərini başa vurduqdan sonra isə “Azərikimya” İB-nin təşkilatlarında, həmçinin ARDNŞ-in ehtiyac duyulan digər strukturlarında müvafiq işlə təmin olunurlar. Qeyd edək ki, keçən il Sumqayıt Təlim, Tədris Mərkəzini bitirən gənc ixtisaslı kadrlar artıq “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələrində uğurla çalışırlar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info