Qala-Pirallahı avtomobil yolunda aparılan yenidənqurma işlərinin gedişatı açıqlandı
Tarix: 22.07.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Qala-Pirallahı avtomobil yolu yenidən qurulur.
Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, uzunluğu 21,7 km olan yolun 7 km-i 6, 14,7 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Layihə üzrə 2 yol qovşağı, 1 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub: "Artıq yolun 7-22 km hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Demək olar ki, torpaq yatağının tikintisi 90 faiz yerinə yetirilib. 14,5 km hissədə asfalt-beton örtüyünün tikintisi və işıqlandırma sisteminin quraşdırılması yaxın günlərdə başa çatdırılacaq. Hazırda yol boyu əyri xətli tirlərin quraşdırılması, qırmadaş-qum qarışığının döşənməsi və üst layın asfalt-beton örtüyünün tikintisi işləri davam etdirilir".
P.Mürsəliyev qeyd edib ki, yolun 14,5 km hissəsində tikinti işlərinin 2014-ci ilin sonu, 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info