Gəncədə gənclərlə bağlı yeni layihəyə start verildi
Tarix: 22.07.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gəncə şəhərində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “2016 Avropa Gənclər Paytaxtında Gənc Liderlər Akademiyası” adlı layihəsinə start verdi.
Layihə müddətində gənclərə liderlik qabiliyyətinin inkişafına yönəldilmiş Sosial davranış/ İctimai fəallıq, Strateji planlaşdırma, Könüllülük, Problemin seçilməsi, Layihə təklifinin yazılması, Büdcənin tərtib olunması, Fəaliyyət planı/ icra planı, Natiqlik/ İctimai çıxış, İctimai Vəkillik, Sosial media, Gender bərabərliyi kimi müxtəlif mövzularda təlimlər həyata keçiriləcək. “Gələcəyə Körpü”dən verilən məlumata görə, qeyd olunan mövzularda təlim kursları ilə yanaşı yay məktəblərinin təşkil olunması nəzərdə tutulur.
Məqsəd fəal gənclərin liderlik bacarıqlarına yiyələnmələrinə, gələcəkdə müstəliq layihələrin yazılması və idarə edilməsinə, yerli gəncləri vahid aktiv vətəndaşlıq məsələsi ətrafında toplamaqla onlara çoxlu imkanlar təmin edilməsinə köməklik etməkdir. Eyni zamanda layihə iştirakçıları yerli QHT –lər haqqında ətraflı məlumat əldə edəcəklər.
Gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması; Gənclər arasında şəbəkələşmənin genişlənməsi; Gəncə şəhərində yaşayan gənclərin informasiya bazasının yaradılması; Gəncləri komanda işi və liderlik bacarıqlarının aşılanması layihənin əsas prioritetləri sırasındadır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
22.09.2020
Hövsanın Bağlar yaşayış massivinin sakinləri telefonsuz qalıblar - Fotolar
21.09.2020
Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
19.09.2020
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
19.09.2020
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info