Ən məşhur uşağın ad günüdür
Tarix: 22.07.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Bu gün Britaniya kraliçası 2-ci Yelizavetanın nəticəsi şahzadə Corcun 1 yaşı tamam olur.
Şahzadə Uilyam və Kembric hersoginyası Ketrin Middltonun izdivacında bu uşaq doğulmamış The Washington Post onu "dünyanın ən məşhur uşağı" adlandırıb.
2013-cü ildə doğulanda o, gözləntiləri doğrultdu və gerçəkdən də, dünyanın ən məşhur uşağına çevrildi.
Fotoreportyorlar və jurnalistlər az qala onun hər addımını izləyirlər.
Corcun ilk addımı, ilk səyahəti, ilk gəzintisi - bütün bu olayların fotoları çəkilib.
Şahzadə Corc atası şahzadə Uilyamın doğulduğu məkanda, Londondakı Müqəddəs Mariya hospitalında dünyaya gəlib. 3800 qramlıq Corc doğulanda şahzadə Uilyam xanımı Keyt Middltonun yanında idi.
Corcun tam adı Georg Aleksandr Lui, titulu "əlahəzrət şahzadə Kembricli Georg"dur.
Gələcəkdə o, Britaniya kralı 7-ci Georg olacaq.
Şahzadə Corcun ilk fotosessiyası Midlltonlar ailəsinin Berkşirdəki malikanəsində olub. Sessiyanın müəllifi isə məşhur fotoqraf yox, Corcun babası Maykl Midlltondu.
Şahzadənin son fotolarından biri - onun ayaq açaraq yeridiyi anların əks olunduğu şəkillərin müəllifi isə Press Association-in fotoqrafı Con Stillevelloldu. Fotollar Londondakı Təbiətşünaslıq Muzeyində çəkilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
70 minlik saatı oğurlandı
20.09.2019
İlan onunla şou göstərən oğlanı sancdı
20.09.2019
Messi geyim brendini yaratdı
20.09.2019
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib
20.09.2019
Brama, Orpinqton, Malin... Bu növ toyuqların Bakıda qiyməti 400 manata qədərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info