Ramiz Mehdiyev Mübariz Qurbanlını kollektivə təqdim etdi
Tarix: 22.07.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunan Mübariz Qurbanlının yeni iş yerində təqdimatı keçirilib. “Anspress”in verdiyi məlumata görə, təqdimat mərasimində, Azərbaycan Respublikası Prezident Administrasiyasının icra aparatının rəhbəri Ramiz Mehdiyev, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Komitə sədrinin müavini Səyyad Aran iştirak ediblər.
Qeyd edək ki, bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov olub. O, 31 may 2012-ci ildə sədr vəzifəsinə təyin edilib. 2 may 2014-cü ildə komitə sədrinin tutduğu vəzifədən azad edilib.
M.Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib
26.09.2020
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
26.09.2020
Şamil Ayrım: Nikol Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük
26.09.2020
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
26.09.2020
Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info