“Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleks inşa olunur
Tarix: 22.07.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleks inşa olunur. Hazırda ümumi sahəsi 790 kvadratmetr olan ikihissəli anbar binası və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları üçün uzunluğu 102 metr, eni isə 12 metr olan qaraj kompleksi tikilir. Anbarda hörgü və suvaq işləri yekunlaşıb, pəncərələr salınıb, dam örtüyünün vurulması isə davam etdirilir. Qaraj kompleksində döşəmə salınıb, dəmir konstruksiyalı tavan örtüyünün vurulmasına başlanılıb.
“Gəmiqaya” MMC-nin inşaatçıları tərəfindən tikintisi aparılan kompleks hazır olduqdan sonra burada toxum, qüvvəli yem və xammal anbarları fəaliyyət göstərəcək. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlərdə toxumun keyfiyyətlə və uzun müddətə saxlanılması mümkün olacaq. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumunun satışı da həyata keçiriləcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Sənaye üsulu ilə əkilən kartof sahələrindən 300-350 sentner məhsul götürülür
19.09.2020
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
19.09.2020
Uğurlarımızın əldə edilməsində neftçilərin çox böyük xidməti və zəhməti var
19.09.2020
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
19.09.2020
Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri ilə onlayn satışlara yönəlir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
3 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
4 “Azərbaycan öz məmləkətimizdir“
5 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info