“Türkiyədə prezident seçkiləri ölkə tarixində dönüş anı olacaq”
Tarix: 22.07.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Türkiyədə prezident seçkiləri ölkə tarixində dönüş anı olacaq. Bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan bəyan edib. Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Onun sözlərinə görə, Türkiyədə keçiriləcək prezident seçkiləri ölkə tarixində demokratiyanın inkişafı üçün xüsusi məna kəsb edəcək.
Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin ATV telekanalına müsahibəsində bəyan edib ki, ölkə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçməlidir. Onun sözlərinə görə, birbaşa prezident idarəetməsi Türkiyənin gələcək inkişafının xeyrinə ola bilər: "İlk fürsət düşən kimi Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçəcək".
Ərdoğan qeyd edib ki, birbaşa prezident idarəetməsinin tətbiqi haqqında məsələ prezident seçkilərinin keçirilməsindən dərhal sonra qaldırılacaq.
Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.
2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info