Vladimir Doroxin Ukraynadakı təyyarə qəzasına münasibət bildirdi
Tarix: 22.07.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin hesab edir ki, Donetsk üzərində Malayziya təyyarəsinin qəzaya uğramasının səbəbləri haqqında bəyanat vermək hələ tezdir.
Bu barədə səfir jurnalistlərə açıqlamasında deyib: "Donetsk üzərində dəhşətli faciə baş verib, günahsız insanlar həlak olub. Faciənin səbəblərini beynəlxalq ekspertlər müəyyən etməlidirlər. Hazırda qəzanın səbəbləri, kimin günahkar olması barədə bəyanat vermək tezdir və bu, vəziyyəti yalnız gərginləşdirə bilər".
Onun sözlərinə görə, faciənin səbəblərinin müəyyən edilməsi prosesi artıq başlanıb: "Hadisə yerində ekspertlər çalışır, "qara qutu"lar çıxarılıb və mən ümid edirəm ki, tezliklə biz nəyin, nə üçün baş verdiyi barədə həqiqətən obyektiv və dəqiq mənzərə əldə edəcəyik. Müvafiq bəyanat veriləcək".
Qeyd edək ki, xilasedicilər Ukraynanın Donetsk vilayətində iyulun 17-də qəzaya uğramış "Malayziya Hava Yolları"na məxsus "Boeing-777" qəzasında həlak olmuş 282 nəfərin meytilərini aşkar ediblər.
İyulun 21-də günü birinci yarısında qəzanın baş verdiyi yerdə daha 31 ölənin və sərnişinlərdən 21-nin bədəninin hissələri aşkar edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info