Sutkalıq qidanı əvəz edən meyvə
Tarix: 22.07.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


“Fito klub” rubrikası

Son zamanlar insanlarda dərmanlara inamsızlıq, fitoterapiyaya isə böyük inam və maraq yaranıb. Bunu nəzərə alaraq yaratdığımız “Fito klub” rubrikasında bitkilərin insanlara şəfası haqda mütəmadi məlumatlar veririk. Bu işdə bələdçimiz fitoterapevt Elnur Rəhimovdur. Qeyd edək ki, E. Rəhimov Azərbaycan Tibb Universitetini bitirib və Türkiyədə ixtisasartırma kursu keçib. Ukrayna, Polşa, Çin, İran və Almaniyada konfranslara qatılıb. Hazırda fitoterapevt kimi fəaliyyət göstərir.
Növbəti olaraq hamımızın çox sevdiyi, amma yetərincə istifadə etmədiyi xurmadan söhbət açacağıq. E.Rəhimov deyir ki, çoxlarımızın ancaq gözəl Ramazan ayında istifadə etdiyimiz və tez-tez rastaşdığımız xurmanın ilin digər aylarında da istifadə etmirik: “Allahın Quranda ayələrlə bizə çatdırdığı nemətin çox böyük faydası var. Mənim ən çox məsləhət görəcəyim bu meyvənin müalicəvi və mütəmadi qəbul olunmasını hər kəsin bilməyini istəyirəm. Bədənin enerji mənbəyi olan xurma yüksək kalorili olub 60-65% şəkərdən və maqnezium, kalsium, kalium kimi vacib mikroelementlərdən ibarət meyvədir. Ürək üçün lazım olacaq mineralları özündə birləşdirir və A vitaminindən zəngindir. Xurmanın tərkibində olan oksitosin maddəsi doğuşun normallaşmasını nizamalyır və bu haqda Həzrəti Məryəmə də buyrulmuşdur. Həmçinin hamiləlik dövründə dölə lazım olan fol turşusu ilə də təmin etməsi bir möcüzədir. Xurma əsasən qəbizlikdə, həzm pozğunluğunda, qaraciyərdə piylənmədə, “pis” xolesterinin aşağı salınmasında, ürək-damar xəstəliklərində və süd vermə dövründə effektlidir. Hətta qurd xəstəliklərində fitoterapevtik müalicələrimlə yanaşı ac qarın xurmanın da yeyilməsini tövsiyə edirəm”.
E.Rəhimov xurma ilə bir neçə reseptlər təyin edib və onları da diqqətinizə çatdırır:
1. Qəbizlik zamanı. 1 stakan suya gecədən 2 ədəd xurma qoyub, səhər 1 xörək qaşığı kətan toxumunu toz halına salıb, 1 xörək qaşığı zeytun yağı ilə qarışdırıb 1 dəfə istifadə etmək gözəl nəticə verir.
2. Südartırıcı təsir. 5 xurma götürülüb əzilir, üzərinə 1 xörək qaşığı güldəfnə toxumu tozu, 1 xörək qaşığı cirə və razyana meyvəsinin tozunu bala qarışdırıb gün ərzində 3-4 dəfə yeməkdən sonra yeyilir.
3. Sinir gərginliyi. 3 xurma əzilir, xırdalanır və balı nanə ilə yemişan meyvəsi dəmləməsinə əlavə edilib hər axşam qəbul olunur.
4. Xolesterin yüksəkliyi. 10 Xurma əzilir, üzərinə zəncirotu kökü tozu və qanqal toxumu tozu qarışdırılır itburnu dəmləməsi ilə gündə 2 dəfə içilir.
5. Kökəlmək üçün. 30 xurma əzilir, 100 q çiçək tozu, 10 q arı südü, 500 q keçibuynuzu bəhməzi, 100 q biyan kökü tozu, 50 q darçın və 1 kq bal qarışdırlır. Hər gün 3-4 dəfə yeməkdən həmən sonra istifadə edilir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı
18.09.2019
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb
17.09.2019
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info