Təhlükəsizliklə bağlı metropolitendə bütün tədbirlər görülür
Tarix: 22.07.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteni qatarlardakı nasazlıqlarla bağlı yayılan ittihamlara cavab verib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, son zamanlar bəzi KİV-lərdə və sosial şəbəkələrdə ictimaiyyətdə belə bir fikir formalaşdırılır ki, hazırda metropolitendə qatarlarda yaranan nasazlıq guya əvvəlki aylarla müqayisədə artıb: "Əslində isə belə deyil. Bizim gündəlik statistika aparan müvafiq strukturumuz var və hətta vaqonda ən kiçik lampa xarab olanda belə depoya qayıdanda mütləq onun qeydiyyatı aparılır. Bu təhlükəsizlik təlimatı ilə bağlıdır. Hadisələrin təhlilini aparsaq, görərik ki, vəziyyət deyilənlərin tam əksinədir. Bizdə xətdən plandankənar qayıdış deyə bir anlayış var. Yəni nasazlıqla əlaqədar xətdən çıxaraq qatarların depoya qayıtması nəzərdə tutulur. Bir neçə ay bundan əvvəl, məsələn fevral ayında plandankənar qayıdış gün ərzində 15-17 dəfə olurdusa, hal-hazırda belə hallar 1, maksimum 2 dəfə olur. Elə bunun özü göstərir ki, qatarlarda yaranan nasazlıqlarla bağlı statistika getdikcə aşağı düşür, elə bir ciddi problem yoxdur".
N.Paşayev qeyd edib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar ən xırda nasazlıq yarandıqda belə, qatar baxış üçün mütləq depoya göndərilməlidir ki, bu da ilk növbədə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçündür: "Bizdə hal-hazırda vaqonların diaqnostikası üçün son model texnologiyadan istifadə olunur. Qatarın hər hansı bir hissəsində yaranan nasazlıq mütləq idarəetmə lövhəsində və mərkəzi dispetçer xidmətində aşkar olunur. Əgər həmin nasazlığı dərhal yerində, yəni 5 dəqiqə ərzində aradan qaldırmaq mümkündürsə, aradan qaldırılır. Əks halda, qatar baxış üçün mütləq depoya göndərilir. Vaqonda kənar səs eşidilməsi, yanıq iyi və ya digər hallar ola bilər. Belə hallarda sərnişinlər mütləq təxliyə olunur və qatar baxış üçün depoya göndərilir".
Metropolitenin sözçüsü həmçinin bildirib ki, hazırda Bakı Metropolitenində bir müddət əvvəl ləğv olunmuş gecə növbəsi sisteminin fəaliyyəti yenidən bərpa edilib: "Qatarlar axşam depoya qayıtdıqdan sonra onlar tam diaqnostikadan keçirilir. Bir müddət əvvəl gecə növbəsi hansısa səbəbdən ləğv olunmuşdu. Lakin hazırda gecə növbəsi fəaliyyət göstərir. Qatarlar depoya qayıtdıqdan sonra istər təkərlər, istər yastıqlar, istər bütün elektron avadanlıqları diaqnostikadan keçirilir. Yəni tam hazır olmayan heç bir qatar səhər xəttə buraxılmır. Rəhbərliyin tapşırığı ilə bütün ehtiyat hissələri alınıb, onlar kifayət qədərdir. İstənilən ehtiyat hissəsini hər an əldə etmək imkanımız var, onlar anbarlarda yığılıb, hazırdır. Sərnişinlər bilsinlər ki, onların təhlükəsizliyi ilə bağlı metropolitendə bütün tədbirlər görülür və heç bir narahatlığı da əsas yoxdur".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info