Dövlət Proqramı əsasında xaricdə təhsil alan tələbələrin sayı 3 mini keçəcək
Tarix: 22.07.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk tələbələrlə görüşüb. Görüşdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda təhsil ənənələri, təhsilə verilən dəyər dərin köklərə malikdir. Onun sözlərinə görə, müstəqil Azərbaycanda gənclərin xarici ölkələrdə təhsillərini davam etdirməsi təcrübəsi davam etdirilir və sahə daha da genişləndirilir. Nazir qeyd edib ki, prezidentin sərəncamı ilə imzalanan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3 minə yaxın tələbə təhsil alır: “Biz ümid edirik ki, bu il həmin tələbələrin sayı 3 mini keçəcək. Bu gün də proqram genişlənir və hər bir Azərbaycan vətəndaşı bundan faydalanmaq hüququna malikdir. Dünyanın ən rəqabətli universitetlərinin seçilmiş ixtisaslarında təhsil almaq sizin gələcək həyatınızda, cəmiyyətin inkişafında mühüm rol oynayacaq. Qloballaşan dünyada, bilik, elm, savad, informasiya kimi məfhumlar hökm sürən zəmanədə, siz öz rəqabət qabiliyyətinizi bu mərhələdə xaricdəki ali məktəblərə qəbul olmaqla sübut etmisiniz. Amma bu sizin üçün birinci addımdır. Gələcək uğurlarınızın əldə olunması sizin təhsilin uğurlu şəkildə başa çatdırmaqdan asılıdır. Azərbaycan nadir ölkələrdən biridir ki, öz vətəndaşlarına təhsil və yaşayış xərclərini əhatə edən təqaüd proqramlarını tətbiq edir. Bu da Azərbaycanın sosial yönümlü dövlət olduğundan, təhsilə əsrlərlə verilən əhəmiyyətdən irəli gəlir”.
M. Cabbarovun sözlərinə görə, xaricdə təhsil alan hər bir tələbə yaşadığı, təhsil aldığı ölkələrdə səfirdirlər. Nazir qeyd edib ki, həmin tələbələr oxuduqları təhsil məkanlarında, ölkələrdə Azərbaycanı təmsil edəcək: “Azərbaycanın müstəqilliyinin bərpasından sonra qısa müddət keçməsinə baxmayaraq ölkəmiz dünyada kifayət qədər tanınır. İqtisadi-siyasi tədbirlər hesabına bu gün Azərbaycan barədə rəy hələ də formalaşmaqdadır. Siz Azərbaycanın müvafiq dövlətlərdə yerləşən səfirliklərlə sıx münasibətdə olmalısınız. Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlar, səfirliklərlə əlaqədə olmaq hər birinizin vətəndaş borcudur. Təhsilini başa vurduqdan sonra hər birinizin Azərbaycanda yolunu səbirsizliklə gözləyəcəyik. Çünki ölkənin istənilən sahəsində öz hüquqlarını qorumaq, rəqabət qabiliyyətli olmaq üçün bilikli, peşəkar, dünya səviyyəli peşəkarlar lazımdır”.
Görüşdə dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb
18.10.2019
Gələn il Azərbaycanda pensiyaların orta aylıq məbləği 293 manat olacaq
18.10.2019
Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10920

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info