Xaricdə təhsil alacaq tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları veriləcək
Tarix: 22.07.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Bu ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış yeni tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları təqdim ediləcək. Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Muxtar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, əvvəlki illərin təcrübəsi əsasında Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin maliyyələşdirilməsi mexanizmlərinin daha da optimallaşdırılması və tələbələrin müraciətləri nəzərə alınaraq, yeni mexanizmlərin formalaşdırılması istiqamətində iş aparılıb. Onun sözlərinə görə, bunlardan biri də nazirlik tərəfindən tələbələrə təqaüd kartlarının verilməsidir: “Bu kartlar tələbələrə təqaüdlərin daha vaxtında, qısa müddət ərzində köçürülməsini təmin edəcək. Yekunda da tələbələrimizin xarici ölkələrdə təhsil aldıqları zaman heç bir maddi sıxıntısı olmayacaq”. Nazirlik rəsmisi qeyd edib ki, bu kartlar hələlik bu il qəbul olunan tələbələrə veriləcək. O əlavə edib ki, əvvəlki illərdə təhsil alan tələbələrə də bu təqaüdlərin verilməsi prosesi daha sonra nəzərdən keçiriləcək.
Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini M.Məmmədov qeyd edib ki, ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”nda xaricdə təhsil üzrə inkişaf konsepsiyasının 2015-2020-ci illərdə də davam etdirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi bu proses istiqamətində iş aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info