“İrəvan xalçaları“ Rusiyanın elmi nəşrində ilk dəfə işıqlandırılıb
Tarix: 22.07.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan "Müasir elmi fikir" ("Современная научная мысль") jurnalının Tarix bölməsində Azərbaycanın əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun "Azərbaycan xalçalarının İrəvan qrupu" (Эриванская группа азербайджанских ковров) adlı məqaləsi nəşr olunub.
“Azər-ilmə” MMC-dən verilən məlumata görə, bu, Rusiya elmi nəşrlərində Azərbaycan xalçalarının İrəvan qrupu haqqında verilən ilk obyektiv informasiya, elmi məqalədır.
Professor V.Muradov məqalədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının inzibati sərhədləri, əhalisinin etnik tərkibi, məşğuliyyəti, bu bölgədə inkişaf etmiş sənətkarlıq sahələri, o cümlədən xalçaçılıq və boyaqçılıq haqqında geniş məlumat təqdim edib.
Xovlu və xovsuz xalçaları Ağbaba, Şörəyel, Loru, Pəmbək, Şəmşəddin, Göyçə, Gərnibasar, Vedibasar, Qırxbulaq, Əştərək, Zəngəzur, Dərələyəz və s. kimi mahallar, İrəvan şəhəri üzrə təsnifata cəlb etmiş alim, onların təkamülünü tarixi, ədəbi kontekstdə, folklor nümunələri, adət-ənənələr zəminində tədqiqata cəlb edib.
Məqalədə İrəvan xalçalarının digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətlərinin geniş şəkildə təhlili, semantik xüsusiyyətlərinin müqayisəsi, naxış-ornamnet sisteminin izlənməsi İrəvanın, bütövlükdə hal-hazırda Ermənistan Respublikası adlanan ərazinin qədim Azərbaycan torpağı olması faktına kultroloji istinad rolunu oynayır.
Jurnalın təsisçisi Rusiya Tarix, iqtisadiyyat və Hüquq elmi tədqiqat İnstitutu, baş redaktoru isə tarix elmləri doktoru, professor İqor Turitsindir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info