Təmir işləri görülür
Tarix: 22.07.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


“Gədəbəy Elektrik Şəbəkəsi” (EŞ) üzrə istehlak edilmiş elektrik enerjisinin dəyərinin tam ödənilməsi, həm də istismarın vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən illərdə olduğu kimi cari ildə də sözügedən EŞ-in balans mənsubiyyətinə aid olan 6, 10 və 0,4 kV-lıq xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Paralel olaraq TM-lərdə aparılan müxtəlif təyinatlı təmir işləri zamanı transformatorlar da təmir edilərək şəbəkəyə qoşulub.
Yeri gəlmişkən, burada yenidənqurma işləri aparılır və sayğaclar xüsusi qutularda baxış üçün maneəsiz yerlərdə quraşdırılır ki, bu da öz növbəsində istehlak edilmiş elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasına müsbət təsir göstərir. Mənbəyə istinadən onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə ilə bağlı sistemli olaraq reydlər keçirilir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində 2,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 159 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 8 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2 milyon kilovatsaatdan artıq olub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 38 min kilovatsaatdan çox artıb.
Onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 1,4 milyon kilovatsaatdan çox artaraq 18 milyon kilovatsaatdan artıq olub. Ödənişdə mütləq artım isə 2 faizə yaxın olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 14 milyon kilovatsaata yaxın olub. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,4 milyon kilovatsaata yaxın artıb, ödənişdə mütləq artım isə 2 faizə yaxın olub.
Yeri gəlmişkən, şəbəkədə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.
Günəş




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info