Uorlik: “Həmsədrlər və ABŞ hər cür kömək etməyə hazırdır“
Tarix: 22.07.2014 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


"Biz Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində qeydə alınan hər bir itkidən narahatıq". Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində erməni separatçıları tərəfindən azərbaycanlıların girov götürülməsi və onlara qarşı cinayət işi açılması, eləcə də bir azərbaycanlının öldürülməsi barədə erməni mətbuatındakı məlumatlara münasibət bildirərkən deyib.
Həmsədrin sözlərinə görə, hadisələrin sayı və nəticədə baş verən ölüm və yaralanma halları həmsədrlərin davamlı sülh istiqamətində tərəflərlə işləmək səylərinə maneədir: "ABŞ və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında kömək etməyə sadiq qalır. Bu münaqişənin hərbi yolla həlli yoxdur".
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir. Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialarına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.
Həmsədrin sözlərinə görə, bu gün həmsədrlər Brüsseldə münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etmək üçün Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə görüşəcəklər.
Qeyd edək ki, həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bu gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində görüşəcəklər.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nə zaman baş tutacağına dair suala cavabında isə amerikalı həmsədr bildirib: "Prezidentlərin Parisdə görüşmək dəvətini qəbul edəcəyinə ümid edirik. Biz prezidentlərin ötən ilin noyabr ayında Vyanada görüşü zamanı şahidi olduq ki, irəliləyiş mümkündür və hesab edirik ki, sülh istiqamətində irəliləyişə nail olmaq üçün həmin müzakirələrin davamı vacib bir addımdır. Həmsədrlər və ABŞ hər cür kömək etməyə hazırdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info