Gədəbəy gəncləri üçün təlim keçirilib
Tarix: 22.07.2014 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


Gədəbəy rayonunda "Eldorado" İstirahət Mərkəzində Gədəbəy gəncləri üçün təlim keçirilib.
Təlim Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” adlı layihə çərçivəsində təşkil olundu.
Gədəbəy rayon Gənclər və İdman İdarəsinin rəis müavini Samir Vəliyev, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, təlimçilər Babək Mikayılov, Pərviz Bəşirov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşları və 25 gəncin iştirak etdiyi tədbir çox faydalı alındı. Belə ki, Gədəbəy gəncləri könüllülük fəaliyyətinin nədən ibarət olması, bu fəaliyyətin onlara hansı üstünlüklər qazandırması və ümumilikdə könüllülük fəaliyyəti nəticəsində cəmiyyətə, ictimaiyyətə necə faydalı ola biləcəkləri haqda geniş məlumat əldə etdilər.
Sonda “Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən Gədəbəy gənclərinə təbliğat materialları və köynəklər paylanıldı.
Qeyd edək ki, layihənin məqsədi könüllü fəaliyyəti təbliğ etməklə, gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla sosial məsələlərin həllində region gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info