“Baku Cup-2014”də 2 saat 18 dəqiqəya qazanılan qələbə
Tarix: 23.07.2014 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən qadınlar arasında WTA “Baku Cup-2014” Beynəlxalq turniri davam edir.
Bakı Tennis Akademiyasının 4 kortunda keçirilən yarışda əsas setkada 32 yüksək reytinqli tennisçi mübarizə aparır.
“WTA Tour”un rəhbərliyi ilə keçirilən “Baku Cup” turnirinin bu ilki mükafat fondu 250 min ABŞ dollarıdır.
Turnirin ikinci gününün oyunları keçirilib.
İlk matçında gürcüstanlı Sofiya Şapatavanın turnirdən çəkilməsinə görə texniki qələbə ilə 2-ci tura yüksələn ukraynalı Katerina Bondarenko turnirdə ilk matçına çıxıb. Mərkəzi kortda Serbiya təmsilçisi Yovana Yakşiç ilə qarşılaşan Katerina Bondarenko hər iki seti 6:3 hesabı ilə qalib bitirib və əsas mərhələyə (main draw) yüksələcək 6 tennisçidən biri olub.
Dördüncü kortda digər serbiyalı tennisçi Vesna Dolonts Alla Kudryavtsevanı (Rusiya) 6:2 və 6:3 hesabı ilə bitən setlərlə 2:0 məğlub etməyi bacarıb. V.Dolonts da K.Bondarenko kimi əsas mərhələdə iştirak etmək hüququ əldə edib. İlk oyunlarını qələbə ilə başa vuran ukraynalı Olqa Savçuk və rusiyalı Kseniya Pervak 1-ci kortda üz-üzə gəliblər. Qalib tay-breykdə müəyyənləşib. Ukraynalı tennisçi matçı 2:1 hesablı əzmkar qələbə ilə bitirib. Bununla da O.Savçuk əsas mərhələyə (main draw) vəsiqə qazanan 3-cü tennisçi olub.
Özbəkistan idmançısı Niqina Abduraimova ikinci turda 3-cü kortda belaruslu Aliaksandra Şaşnoviç ilə qarşılaşıb. A.Şaşnoviç ilk turda azərbaycanlı tennisçi Züleyxa Səfərova üzərində qələbə qazanaraq ikinci tura yüksəlmişdi.
Özbəkistanlı tennisçi oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
İki qələbə ilə seçmə mərhələni uğurla başa vuran Niqina Abduraimova üçüncü tura yüksəlib və əsas mərhələyə vəsiqə əldə edib.
“Baku Cup 2014”də seçmə mərhələ yarışlarını uğurla başa vuran son iki tennisçi monteneqrolu Danka Koviniç və yaponiyalı Misa Equçi olub. Danka Koviniç rusiyalı Aleksandra Panova üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyunla paralel keçirilən matçda isə Misa Equçi (Yaponiya) fransalı Amandin Hesseni 2:0 hesabı ilə məğlub edib.
Bununla da Katerina Bondarenko, Olqa Savçuk, Vesna Dolonts və Niqina Abduraimovadan sonra Danka Koviniç və Misa Equçi də əsas mərhələyə (3-cü tur) vəsiqə qazanıblar.
Turnirin ikinci günündə seçmə mərhələnin 6 oyunu ilə yanaşı, əsas mərhələnin də oyunları keçirilib. Bu mərhələnin ilk matçı Bakı Tennis Akademiyasının mərkəzi kortunda baş tutub. Rumıniyalı Aleksandra Kadantsu ilə isveçrəli Ştefani Föqele arasındakı oyunun qalibi 1 saat 24 dəqiqə ərzində müəyyənləşib. Dünya reytinqində 72-ci olan 24 yaşlı Ş.Föqele reytinqdə 131-ci olan A.Kadantsu ilə görüşdə üstün oyun nümayiş etdirib və matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. İsveçrəli tennisçi bu qələbə sayəsində turnirin 4-cü turuna (1/8 final) yüksəlib.
Üçüncü kortda keçirilən digər matçda polşalı Ursula Radvanska ilə belçikalı Alison Van Uytvank qarşılaşıblar. Dünya reytinqində 117-ci yerdə olan U.Radvanska reytinqdə 86-cı olan güclü rəqibini ilk setdə 6:1 hesabı ilə məğlub edib. İkinci setin başlanğıcında isə Alison Van Uytvank oyundan çəkildiyi üçün matç yarımçıq dayandırılıb və U.Radvanska texniki qələbə qazanıb. Bununla da polşalı tennisçi 4-cü tura (1/8 final) vəsiqə qazanıb.
“Baku Cup 2014”ün üçüncü turunun daha bir oyununda isə 2012-ci ildə Bakıda keçirilən turnirin qalibi, dünya reytinqində 40-cı pillədə yer alan serbiyalı Boyana Yovanovski reytinqdə 83-cü olan avstriyalı Patrisiya Mayr-Axlaytner ilə qarşılaşıb. Əvvəldən axıradək gərgin mübarizə şəraitində keçən matçın qalibi 2 saat ərzində müəyyənləşib.
“Baku Cup 2012”nin qalibi oyundan 2:0 hesablı qələbə ilə ayrılıb və növbəti mərhələyə keçib.
“Baku Cup 2014”də cütlüklərin yarışına da start verilib.
Cütlüklərin ilk matçında 17 yaşlı azərbaycanlı tennisçi Nəzrin Cəfərova 19 yaşlı gürcüstanlı komanda yoldaşı Tamari Çalaqanidze ilə Oleksandra Koraşvili (Ukrayna) -Tereza Martinkova (Çexiya) cütlüyünə qarşı oynayıb. Hər iki seti 6:0 hesablı qələbə ilə bitirən O.Koraşvili -T. Martinkova cütlüyü matçdan 2:0 qalib ayrılıb. Qeyd edək ki, Nəzrin Cəfərova təklərin yarışında isə ilk matçına iyulun 22-də çıxacaq. Onun rəqibi slovakiyalı Cana Çepelova olacaq.
“Baku Cup 2014” turnirinin əsas mərhələsinin də üç oyunu keçirilib. Polşalı Katarzina Piter çexiyalı Kristina Plişkova ilə qələbə uğrunda 2 saat 18 dəqiqə ərzində gərgin mübarizə aparıb. Katarzina Piter matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Növbəti mərhələyə yüksələn Katarzina Piter 1/8 finalda “Baku Cup 2012”nin qalibi olmuş serbiyalı Boyana Yovanovski ilə qarşılaşacaq. Fransalı Paulin Parmentiyer isə rumıniyalı Aleksandra Dulqeru ilə münasibətlərinə aydınlıq gətirib. Dünya reytinqində 95-ci olan P.Parmentiyer 96-cı yerdə qərarlaşan rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb və 1/8 finala yüksəlib. Günün son matçı isə israilli Şayar Peyer ilə avstriyalı Yvonne Meysburger arasında olub. “Baku Cup 2013”ün finalçısı olmuş dünya reytinqinin 90 nömrəli tennisçisi Ş.Peyer reytinqdə 60-cı pillədə qərarlaşmış güclü rəqibini 2:0 hesabı ilə məğlub edib.





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info