Qəbələdə müalicəvi sanatoriya obyektləri inşa edilir
Tarix: 23.07.2014 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Cari ilin birinci yarısında Qəbələ rayonunda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 129.125 min manatlıq məhsul istehsal edilib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 2.606 min manat, yaxud 2 faiz çoxdur. Cari ilin birinci yarısında keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 130 min manat, yaxud 1,7 faiz, kənd təsərrüfatında 5 min manat, yaxud 0,02 faiz, tikintidə 2.128 min manat, yaxud 2,5 faiz, nəqliyyatda 32 min manat, yaxud 2 faiz, rabitədə 83 min manat, yaxud 20 faiz, ticarətdə 228 min manat, yaxud 1,4 faiz artıb.
Bu faktlar Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasından irəli gələn vəzifələr və cari ilin birinci yarısında Qəbələdə görülən işlərlə bağlı rayon icra hakimiyyətində keçirilən hesabat yığıncağında səsləndirildi. Qeyd olunub ki, ötən 6 ayda rayonda əsas kapitala yönələn investisiyanın həcmi 86.254 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 84.080 min manat təşkil edib. Əvvəlki illə müqayisədə əsas kapitala yönələn investisiyanın həcmi 4.302 min manat, yaxud 5,2 faiz artıb. Hesabat ilində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilib, Mirzəbəyli-Çuxur Qəbələ-Dızaxlı-Çarxana avtomobil yolunun əsaslı təmiri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı alayı, cipsi istehsalı müəssisəsi, limonad istehsalı müəssisəsi, soyuducu anbar, Çuxur Qəbələ kəndində Arxeoloji Araşdırmaların Tədqiqat Mərkəzi üçün binaların inşası işləri başa çatdırılıb. Bundan əlavə, Qəbələ şəhərindəki 5 nömrəli, Yengicə kəndində 80 şagird yerlik və Ziring kəndində 220 şagird yerlik məktəb binalarının, YAP Qəbələ rayon təşkilatı üçün inzibati binanın, “Qafqaz Thermal Hotel”in, Bum qəsəbəsində stend və ox atıcılığı kompleksinin inşasında tamamlanma işləri aparılıb. Hazırda Qəbələ Futbol Akademiyası üçün binanın və stadionlar kompleksinin, Dəmiraparan çayı üzərində 10 aşırımlı 324 poqonmetr uzunluqda dəmir-beton körpünün, “Aquapark” istirahət kompleksinin, “Qolf klub” kompleksinin, “Tufandağ” Yay-Qış İstirahət Kompleksinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binasının, yeni 3 ulduzlu otelin, rayon məhkəməsi, Savalan kəndində “Raftinq Mərkəzi” və “Laza” sərhəd zastavası üçün binaların, Nohur gölü ətrafında müalicəvi sanatoriya obyektlərinin tikintisi davam etdirilir. Bildirilib ki, hesabat dövründə rayonda görülən işlər nəticəsində 442 daimi iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ildən bu günədək rayonda 12 min 245 yeni iş yeri açılıb ki, onlardan da 10 min 197-si daimidir. Yığıncaqda 2014-cü ilin birinci yarısında rayonda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info