Rəsmi Bakı Aİ-ni işğal zonasında Ermənistanın qanunsuz ticarət fəaliyyətinə son qoymağa çağırıb
Tarix: 23.07.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə tam nəzarət edərək, mövcud status-kvonun saxlanılmasına və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq “fait accompli” praktikasını tətbiq etməyə səylər göstərir”. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə bildirib.
Onun sözlərinə görə, yuxarıda qeyd edildiyi saxta ticarət əməlləri bu hallardan sadəcə bir neçəsidir. Bu fəaliyyətlərlə bağlı Avropa İttifaqının sanksiya və digər cəza tədbirlərinə gəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır.
Nazir deyib: "Azərbaycanın Avropa İttifaqının Cənubi Qafqazda ən iri ticarət tərəfdaşı olduğunu nəzərə alaraq, bu sahəyə daha böyük diqqət yetirmək lazımdır.
Hazırda Avropa İttifaqına etdiyimiz ixrac məhsulların böyük hissəsi neft və neft məhsullarıdır. Lakin, biz ixrac olunan məhsullarımızın çeşidinin artırılması üçün səylərimizi artırmaqdayıq. Bu qeyri-neft məhsulların Avropa İttifaqı bazarlarına çıxarılmasının asanlaşdırılması üçün onların Aİ-nin tələblərinə cavab verən müvafiq standartlara çatdırılması olduqca əhəmiyyətlidir.
Ticarət məsələsinə toxunmuşkən əvvəllər tərəfimizdən müəyyən olunduğu kimi təhrif olunmuş ticarət əməliyyatları ilə bağlı məyusedici faktlara münasibətdə narahatlığımızı ifadə etmək istərdim. Belə ki, əldə etdiyimiz məlumata görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində Ermənistan tərəfindən istehsal olunmuş məhsullar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malın mənşəyi haqqında qaydaları və ÜTT razılaşmaları ilə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozularaq, saxta etiketlərlə Avropa İttifaqı bazarlarında satılır. Bu Ermənistanın aşkar şəkildə ÜTT qarşısında olan öhdəliklərini pozduğu anlamına gəlir. Ermənistan ÜTT-ə daxil olarkən təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız Ermənistan Respublikasının BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq etmişdir. Ona görə də Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropadan olan tərəfdaşlarımızı Ermənistan tərəfindən bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıram".
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info