Türkiyəli nazirdən İsrail şirkətlərinə boykot çağırışı
Tarix: 23.07.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi Qəzza sekorunda hərbi əməliyyatların keçirilməsini dəstəkləyən İsrail şirkətlərini boykot etməyə çağırıb. Bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Onun sözlərinə görə, İsraildə elə şirkətlər var ki, onlar Qəzzaya hücumu dəstəkləmirlər və onlara qarşı boykot tətbiq etmək doğru olmazdı.
Bir az əvvəl xəbər verilmişdi ki, Türkiyənin qeyri-hökumət təşkilatları (QHT) Qəzza sektorunda hərbi əməliyyatların keçirilməsinə cavab olaraq İsrail şirkətlərini boykot etməyə çağırıb.
Dünən Türkiyə regiondakı qeyri-sabit vəziyyətlə əlaqədar İsrailə bütün aviareysləri dayandırıb.
Bundan öncə ABŞ-ın Delta, US Airways və United Airlines, Fransanın Air France, Avstriyanın Austrian Airlines, İsveçrənin Swiss Airlines, Almaniyanın Lufthansa (36 saat ərzində İsraildə bütün uçuşlar ləğv edilmiş) şirkətləri İsrailə öz təyyarələrinin uçuşlarını dayandırıblar. Hollandiyanın KLM aviaşirkəti vəziyyəti hər gün izləyəcəyini vəd edərək çərşənbə axşamı Amsterdam-Təl-Əviv reysini təxirə salıb.
İyulun 7-dən həyata keçirilən "Sarsılmaz qaya" əməliyyatı zamanı 800-dən artıq dinc sakin qətlə yetirilib ki, onların arasında qadınlar və uşaqlar da var.
Xəbər verilir ki, hərbi əməliyyat zamanı İsrail ordusu 45 hərbçisini itirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info