“Biz bilirik ki, ermənilər Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara işgəncələr verirlər”
Tarix: 23.07.2014 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


“Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlılardan biri deyilənə görə öldürülüb, ikisi isə onların əlindədir. O insanlara müxtəlif ləkələ yaxırlar. Gah diversant deyirlər, gah hansısa cinayət törətdiklərini bildirirlər. Deyilənə görə, Dilqəm və Şahbaz dəfələrlə ora gediblər, qohum-əqrəbalarının, valideynlərinin qəbrini ziyarət ediblər. Onlar öz doğma yerlərinə, vətənlərinə gediblər”. Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib. Ə. Həsənov bildirib ki, Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər, qəhrəmandırlar: “Onları qətiyyən qınamaq olmaz. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə nümunədirlər. Onlar Kəlbəcərə bir neçə dəfə gediblər. İstəsəydilər, elə o vaxt gedəndə hansısa hadisələr törədərdilər. Kəlbəcərdə 17 yaşlı bir oğlan ölüb. Cinayət işini aça bilmirlər, onların üstünə yıxırlar. Belə çıxır ki, açılmayan nə qədər cinayət varsa, yıxacaqlar həmin azərbaycanlıların üstünə...” Ə. Həsənov xatırladıb ki, Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var: “Hadisədən neçə gün keçib, nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki başlarına min oyun açırlar, işgəncələr verirlər, iynə vururlar, bədənlərinə min cür şey yeridirlər”.
Baş nazirin müavini bildirib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: “Biz bilirik ki, onlara təzyiq göstərilir, işgəncələr verilir”.Ə. Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O, bildirib ki, bu məsələ ilk gündən Azərbaycan prezidentinin diqqətindədir, dövlət bu məsələ ilə məşğuldur.
O, Kəlbəcərdə girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı Azərbaycan hökumətinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə bu gün birgə bəyanat yayacağını da qeyd edib.
Ə. Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra təşkilat əməli fəaliyyətə keçib: “Artıq onlar da bundan nəticə çıxarıblar. Bu gün yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info