AMEA-nın Elmi nəşriyyat şurası yaradılıb
Tarix: 23.07.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA Elmi nəşriyyat şurasının yaradılmasına həsr olunmuş iclas keçirilib. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, AMEA prezidenti Akif Əlizadə Elmi nəşriyyat şurasının yaradılmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, yeni yaradılacaq şura AMEA-da nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elmi uğurların dünya ictimaiyyətinə çatdırılması, eləcə də çapla bağlı yaranmış problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən akademik Teymur Kərimli, akademik Vasif Babazadə, akademik İradə Hüseynova, akademik Urxan Ələkbərov, hüquq elmləri doktoru Alış Qasımov və digərləri öz təklif və tövsiyələrini səsləndiriblər. Sonda AMEA Elmi nəşriyyat şurasının təklif olunan tərkibdə yaradılması haqqında qərar qəbul olunub. Qərara alınıb ki, şura daxilində fizika-riyaziyyat və texnika, kimya, yer, ictimai, humanitar və həyat haqqında elmlər bölmələri fəaliyyət göstərsin. Həmçinin, AMEA-nın nəşriyyat fəaliyyətini tənzimləyən əsasnamənin layihəsini hazırlanıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim etmək qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info