Ukraynanı “qaçqın üsyanı” gözləyir
Tarix: 23.07.2014 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Kiyev şəhər administrasiyası ölkənin şərqindən gələn qaçqınları qəbul etmək istəmir. “İnterfaks” xəbər verir ki, administrasiya rəhbərinin müavini İqor Nikonov qaçqınlara başqa şəhərlərə getməyi tövsiyə edib. O, həmçinin bildirib ki, qaçqınların müəyyən hissəsi işləmək istəmir. Məlum olub ki, Kiyevin kifayət qədər ciddi büdcə problemi olduğundan, paytaxt qaçqınları qəbul edə bilmir.
KİV-in yaydığı məlumata görə, İqor Nikonov qaçqınları “müftəxor” adlandıraraq, hətta təhqir də edib. Məlumata görə, şərq rayonlarından Ukraynanın ayrı-ayrı vilayətlərinə 49,3 min qaçqın gəlib. Onlardan 7 min nəfər Kiyevdə toplaşıb ki, şəhər rəhbərliyi də bundan narahatlıq keçirib.
Qeyd edək ki, Ukrayna dövləti şərq rayonlarındakı hərbi əməliyyatları aparmaq üçün xaricdən yardım almağa məcburdur. Hadisələrin gedişatı isə göstərdi ki, əməliyyatlar davam edəcək və nəticədə qaçqınların sayı daha da çoxalacaq. Hazırda cəmisi 50 minlik qaçqın ordusunun təzyiqinə dözə bilməyən dövlət strukturlarının gələcəkdə bu rəqəmin yüz minlərlə ölçüləcəyi halda, nə hala düşəcəyini təsəvvür etmək çətin deyil. Nəzərə alsaq ki, şərq rayonlarında 8 milyon insan yaşayır və onların evləri, sosial obyektləri, müəssisələri raketlərlə dağıdılır, onları bərpa etmək üçün xeyli vəsait və illər lazım olacaq. Bu müddət ərzində isə qaçqın ordusunu saxlamaq Ukrayna dövləti üçün hərbi əməliyyatlar aparmaqdan daha ağır olacaq. Bu isə o deməkdir ki, Ukraynanı yaxın aylarda “qaçqın üsyanı” gözləyir. Sonda bir məsələni vurğulamaq istərdik. Müharibə şəraiti ilə üz-üzə qalan Azərbaycan 20 ildən çoxdur ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğuldur. Etiraf edək ki, bu sahədə görülən işləri də təqdirəlayiq saymaq olar. Ukraynadan fərqli olaraq Azərbaycanda qaçqınlar və ümumilikdə beynəlxalq siyasətlə bağlı düzgün siyasət yürüdülür. Ümid edirik ki, yaxın zamanlarda Ukrayna da rastlaşdığı bu ağır problemdən düzgün çıxış yolunu tapa biləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info