Düyü alarkən diqqətli olun
Tarix: 23.07.2014 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Mətbəximizdə geniş istifadə edildiyinə görə düyünün ticarət dövriyyəsində keyfiyyət və təhlükəsizliyinə nəzarət edilməsi hər birimiz üçün vacibdir. Lakin təəssüflər olsun ki, əksər hallarda istehlakçılar düyü alarkən onun hansı əlamətlərinə diqqət edilməsi barədə məlumatsız olur. Ona görə də bu verlişdə istehlakçılara düyü haqqında, onun keyfiyyətinin müəyyənləşdirilməsi, saxlanması şəraiti, müddəti və s. məsələlərlə bağlı bəzi məlumatlar çatdırılacaq.
Gündəlik qidada geniş istifadə etdiyimiz düyü çəltikdən alınır və qırtıckimilər fəsiləsinə aid bitki cinsidir. Tərkibində su, nişasta, yağ, karbohidrat, minerallar və s. vardır. Dünya əhalisinin təqribən yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Düyünü ən çox Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində istehsal edirlər. Muхtəlif düyü novləri biri digərindən хarici əlamətlərinə, toхumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, tərkibində olan karbohidratların, yağların, mineral maddələrin miqdarına gorə fərqlənirlər. Hazırda düyünün ağ, qəhvəyi, qızılı, qara rəngdə olan uzun, orta, yumrudənəli minlərlə növü mövcuddur və onlardan çoxsaylı yeməklərin hazırlanmasında istifadə olunur. Ağ düyü daha geniş yayılmış növdür və istənilən yeməyin hazırlanmasında istifadəyə uyğundur. Qəhvəyi, qızılı, qara düyülərə isə ticarət şəbəkələrində az-az rast gəlinir və onlar bütün yeməklərin hazırlanmasında istifadə olunmurlar. Düyüdən həmçinin uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti кonsentratları və müхtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur.
Düyüdən 2 növ – pardaqlanmış və cilalanmış yarma istehsal edilir. Əlavə məhsul kimi az miqdarda düyü xırdası əldə edilir. Düyü yarması tez bişməsi və bişdikdə həcminin çox artması ilə fərqlənir. Düyüdən hazırlanan məmulat yüksək mənimsəmə qabiliyyətinə və dada malikdir. Düyü xırdasından duru sıyıqların, dovğa və yarpaq dolması və s. Xörəklərin hazırlanmasında istifadə edilir.
Düyü yüksək qidalılıq dəyirinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsul olmaqla yanaşı bir sıra faydaları da vardır. Düyü yüksək təzyiqi aşağı salmağa, həzmi asanlaşdırmağa kömək edir, bədəni enerji ilə təmin edir, zehni qüvvətləndirir, bədəndə olan artıq suyu çəkərək toksiki maddələri bədəndən uzaqlaşdıra bilir, ürək, damar və bir sıra digər xəstəliklərə qarşı qoruyucu funksiyaya malikdir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, düyünün keyfiyyət göstəriciləri onlara məxsus standartın tələbinə uyğun olmalıdır. Bu məmulatların keyfiyyəti onların rəngi, səthinin vəziyyəti forması və bişirildikdən sonrakı iyi, dadı, bişirmə artımı və həlim salması ilə təyin edilir. Orqanoleptiкi üsulla düyünün rəngi, şüşəvariliyi, dadı və iyi müəyyən edilir. Rəngi əsasən birtonlu, səthi hamar olmalıdır.
Düyü məmulatları müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən qablaşdırma materiallarında qablaşdırılır və satışa buraxılır.
Düyünü qablaşdırılmış və çəki halında satışa buraxırlar. Hər bir qabdakı düyü bir növdə olmalı, qablaşdırıldıqdan sonra mütləq markalanmalı və etiketdə aşağıdakı məlumatlar olmalıdır:
♦ əmtəə nişanı, istehsalçı müəssənin adı və ünvanı;
♦ məhsulun adı;
♦ çəkisi;
♦ istehsal tarixi;
♦ qablaşdırılma tarixi;
♦ saxlama şəraiti və müddəti;
♦ standartın və ya digər normativ-texniki sənədin nömrəsi;
♦ məhsulun tərkibi;
♦ qida dəyərliliyi haqda məlumat və s.
Saxlama yerlərində onların zərərvericilərdən, gəmiricilərdən qorunmasına xüsusilə ciddi nəzarət edilməlidir. Bu məhsullarda keyfiyyətin qorunması üçün nəmliyin normal saxlanması əsas şərtdir, onun normadan artıq olması məmulatın keyfiyyətinin itirilməsinə səbəb olur.
Toksik elementlərin, mikotoksinlərin, pestisidlərin düyüdəki miqdarı yol verilən normanı keçməməli, qanunvericiliklə müəyyən edilmiş tibbi-bioloji tələblərə və sanitar qaydalara uyğun olmalıdır.
Düyü məmulatları quru, yaxşı havalandırması olan, sanitar qaydalara riayət olunan, ziyanvericilərin təsirinə məruz qalmayan yerdə, 18ºC-dək temperaturda və nisbi rütubəti 60-70% olan otaqlarda saxlanmalıdır. Düyü kəskin qoxusu olan məhsullarla bir yerdə saxlanılması qadağandır. Optimal şəraitdə növündən və təmizlənmə dərəcəsindən asılı olaraq düyünü 8 aydan 2 ilə qədər saxlamaq olar.
İstehlakçıların həyatı, sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün düyü məmulatları ticarət şəbəkəsinə partiyalarla qəbul olunmalı və hər bir partiya mal keyfiyyət göstəriciləri və normalarını özündə mütləq əks etdirən sənədlərlə müşayyət olunmalıdır. Yalnız keyfiyyəti müvafiq tələblərə uyğun olan düyü məmulatlarının satışına icazə verilir.
Ticarət şəbəkəsindən düyü alarkən onun keyfiyyətli olmasını necə müəyyənləşdirmək olar. Birinci növbədə keyfiyyətli düyü iri, ağ, bir formada və tək-tək olmalıdır. Rənginin dəyişməsi məhsulun keyfiyyətinin pisləşməsinə və korlanmasına dəlalət edir. Parıltılı ağ dənəciklərin olması onların tam yetişməməsinə və bişirildikdə pis həll olunmasına işarədir. Düyü bağlamalarında qabıq olmamalıdır, əks halda bu toz əmələ gətirir ki, bu da onun keyfiyyətini aşağı salır. Xırdalanmış və ya əzilmiş düyü istehsal tullantısı hesab olunur. Bir sözlə düyünün keyfiyyətini yoxlayarkən onların rənginə, səthinin vəziyyətinə, quruluşunun хususiyyətlərinə, tərkibində qarışıqların olmamasına, ziyanvericilərin təsirinə məruz qalmamasına, formasına və konsistensiyasına fiкir verin.
Düyünün iyi məhsulun növünə müvafiq olmalı, kənar iy verməməlidir. Düyüdən kif və rütubətli iyin gəlməsi saxlama şəraitinin pozulması ilə bağlıdır və məhsulun korlandığını, qida dəyərinin azaldığını göstərir. Bu məhsulları alarkən onların saxlama müddəti və şəraitinə diqqət yetirin.
Düyü alarkən qablaşdırmanın üzərində həm istehsal, həm də qablaşdırma tarixinin olmasına diqqət yetirin. Aldanmadan sığortalanmaq üçün ticarət şəbəkələrindən ilkin qablaşdırılmasında çəki ilə almağınız tövsiyə olunur.

Qorqud






 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur
17.05.2019
Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib
12.05.2019
Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür
08.05.2019
Yaponiyalı göz həkimləri Yevlaxda 847 nəfəri müayinə ediblər
08.05.2019
Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info