Genetik Ehtiyatlar İnstitutunda Fransa və Türkiyə alimləri ilə birgə tədqiqatlar aparılacaq
Tarix: 23.07.2014 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (AMEA GEİ) direktoru, aqrar elmləri doktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Fransanın Aqrar Tədqiqatlar Mərkəzinin (İNRA) və Türkiyənin İnönü Universitetinin alimləri ilə görüşüb. AMEA Genetik Ehtiyatlar İnstitutundan qəzetimizə bildiriblər ki, görüşün məqsədi çəyirdəkli meyvə bitkilərinin genetik ehtiyatlarının öyrənilməsi, xəstəliklərə davamlı genotiplərin aşkar edilməsi, ekspedisiya və təlim kurslarının keçirilməsi olub. Görüşdə üç qurum arasında biotexnologiya və genomika sahələri üzrə yeni əməkdaşlığın qurulması və gələcəkdə digər beynəlxalq layihələrdə birgə iştirak müzakirə edilib.
Fransalı alim Sylvie Dallot “Bitkilərdə yayılan şarka xəstəliyinin epidemiyası və virusların genetik müxtəlifliyi” mövzusunda keçirilən seminarda çıxış edib.
Avropa Komissiyasının Mariya Küri Tədqiqatçı Mübadiləsi Proqramının “Avropa, Mərkəzi Asiya və Qafqazda çəyirdəkli meyvə bitkilərinin genetik müxtəlifliyi” layihəsi çərçivəsində ölkəmizə gəlmiş qonaqlar avqustun 15-dək Genetik Ehtiyatlar İnstitutunun alimləri ilə birgə tədqiqatlar aparacaq və seminarlarda çıxış edəcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info