Bölgələrdə “Elektron qəbul otağı“nın yaradılması planlaşdırılır
Tarix: 23.07.2014 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Hazırda "Elektron hökumət” portalında "Rəsmi yazışmalar” bölməsinin başa çatdırılaraq əhalinin istifadəsinə verilməsi üzrə aparılan işlər yekunlaşmaq üzrədir. Hesablama Mərkəzindən verilən məlumata görə, "Dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna online yazılmaq” və "Dövlət qurumlarına online müraciət” elektron xidmətləri "Rəsmi yazışmalar” bölməsində istifadəyə veriləcək və bu bölmənin istifadəyə verilməsindən sonra vətəndaşlar qeydiyyatdan keçərək, həm dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna yazıla biləcəklər, həm də istənilən dövlət qurumuna öz ərizə və şikayətlərini göndərə biləcəklər. Qeyd edək ki, bu xidmət vasitəsilə qəbula yazılmalar və göndərilən şikayətlər sistem tərəfindən izlənəcək və icra müddətlərinə avtomatik nəzarət olunacaq. İcra müddətində baxılmayan müraciətlər portalda xüsusi bölmədə göstəriləcək.
Eyni zamanda bu layihə çərçivəsində "Elektron qəbul otağı”nın yaradılması nəzərdə tutulur və "Elektron qəbul otağı” yuxarıda qeyd olunan e-xidmətlərdən vətəndaşların yerlərdə geniş şəkildə istifadə edə bilmələri üçün şərait yaradılmasına, onların e-imza ilə və ya kod-parolla təmin edilmələrinə və maarifləndirmə xarakterli işlərin aparılmasına xidmət edəcək. Bu məqsədlə rayon Telekommunikasiya Qovşaqlarında xüsusi otağın ayrılması, lazımi avadanlıqlarla təchiz edilməsi və tam şəkildə təlimatlandırılmış işçilərin hazırlanması nəzərdə tutulur.
Hesab edirik ki, "Elektron qəbul otağı”nın yaradılması yerlərdə vətəndaşların "Elektron hökumət” portalının imkanlarından daha səmərəli şəkildə faydalanmalarına təkan vermiş olacaq. Eyni zamanda "Elektron qəbul otağı”nın fəaliyyətə başlamasından sonra yerlərdə əhalini daha çox maraqlandıran və narahat edən sahələrin, xidmətlərin və problemlərin öyrənilməsi və gələcəkdə həmin sahələrin elektronlaşdırılması mümkün olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info