Sneyder “Qalatasaray”da qalacaq
Tarix: 23.07.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


“Qalatasaray”ın hollandiyalı ulduzu Uesli Sneyder daha 3 illik müqaviləyə imza ata bilər. Bunu klubun prezidenti Ünal Aysal bildirib.
Aysal Dünya Çempionatı zamanı gözəl oyunu ilə diqqəti cəlb edən Sneyderin “Mançester Yunayted”, “Monako” və ya hansısa digər klublar razılaşma əldə etdiyi barədə xəbərlərin doğru olmadığını vurğulayıb: “Müqavilədə 20 milyon avro müqabilində komandadan gedə biləcəyini, amma buraxmaq istəmədiyimizi söyləmişdik. Bu maddəni aktiv hala gətirəcək durum da yoxdur. Onun başqa klublarla razılaşdığı barədə yayılan xəbərləri anlamaq mümkün deyil. Hamısı yalandır. Sneyderin menecerləri onunla daha 3 illik müqavilə imzalanmasını təklif ediblər. Mən də bu təklifə razılaşmışam”. Xatırladaq ki, 2012-2013-cü illər mövsümünün qış transferi zamanı 7,5 milyon avroya transfer edilən Sneyderin “Qalatasaray”la 3,5 illik müqaviləsi 2016-cı ilin yayında bitir. Tərəflər daha 3 illik müqavilə imzalasalar, ulduz futbolçu 2019-cu ilə qədər İstanbulda qalacaq.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info